Milli komandamız ABŞ, Ukrayna və Monqolustanla qarşılaşacaq
26.03.2010 - 13:24
Çinin Nanjinq şəhərində qadın güləşi üzrə Dünya Kubokunun püşkü atılıb. Apasport.az saytının məlumatına görə, turnirə Azərbaycan milli komandası ilə yanaşı, Yaponiya, Kanada, Ukrayna, Rusiya, ABŞ, Monqolustan və Çin yığmaları da qatılıb. Pəhləvanlarımız qrupda ABŞ, Ukrayna və Monqolustan təmsilçiləri ilə qüvvələrini sınayacaqlar. Digər qrupda isə Rusiya, Yaponiya, Çin və Kanada kollektivləri yer alıb. Qrup görüşləri sabah, yarımfinal və final görüşləri isə martın 28-də keçiriləcək.
Dünya Kubokunda milli komandamızı baş məşqçi Orest Skobelski və böyük məşqçi Kurban Kurbanovun rəhbərliyi altında Marziget Baqomedova (48 kq), Anjela Doroqan (51 kq), Yuliya Ratkeviç (55 kq), Katerina Dombrovskaya (59 kq), Gözəl Zutova (63 kq), Zümrüd Qurbanhacıyeva (67 kq) və Dina İvanova (72 kq) təmsil edir. Komandamızın heyətində Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərov, beynəlxalq dərəcəli hakim Fərəqət Cəlalov və həkim Əsmər Əliyeva da Çinə yollanıb.

- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib
0
0