Azərbaycan yığmasından Dünya Kubokunda uğursuz çıxış
27.03.2010 - 14:37
Azərbaycan yığmasından Dünya Kubokunda uğursuz çıxış
Azərbaycanın qadın güləşi üzrə milli komandası bu gün Çinin Nanjinq şəhərində start götürən Dünya Kubokunda uğursuzluğa düçar olub. Lent.az-ın məlumatına görə, 2009-cu il dünya çempionatında ümumi komanda hesabında I yeri tutan yığmamız indi 8 ölkə arasında sonuncu olmamaq üçün mübarizə aparacaq.

A qrupunda çıxış edən millimiz Ukrayna və ABŞ-a 1:6, Monqolustana isə 3:4 hesabı ilə uduzub. Bu nəticə ilə komandamız qrupda sonuncu yeri tutub. Martın 28-də keçiriləcək qarşılaşmada yığmamız B qrupunun sonuncusu Kanada ilə 7-ci yer uğrunda görüşə çıxacaq.
0