Daha bir cüdoçumuz dünya çempionu oldu
28.03.2010 - 01:27
Türkiyənin Antalya şəhərində keçirilən görmə qüsurlu kişi və qadınlar arasında cüdo üzrə dünya çempionatına yekun vurulub. Lent.az-ın məlumatına görə, yarışda iştirak edən Azərbaycan milli komandası 2 qızıl, 3 bürünc medal qazanıb.
Yarışın son günündə ikiqat paralimpiya çempionu İlham Zəkiyev dünya çempionu olub. 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən cüdoçumuz Kanada, Kuba, Macarıstan və İran təmsilçilərini yendikdən sonra qızıl medala yiyələnib. Digər cüdoçularımıza gəldikdə, Çinarə Rzazadə (78 kq), Tofiq Məmmədov (90 kq) və Xəyal Qəniyev (100 kq) mükafatçılar sırasına düşə bilməyiblər.
Qeyd edək ki, dünya çempionatının ilk 2 günündə Afaq Sultanova (57 kq) qızıl, Ramin İbrahimov (60 kq), Natiq Novruzzadə (73 kq) və Rövşən Səfərov (81 kq) bürünc medal qazanıblar.

- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0