Millinin baş məşqçisi: …Goradildən də idmançı gətiririk
29.03.2010 - 18:38
“Minskdən təlim-məşq toplantısından yeni qayıtmışıq. Səfərə tam heyətlə getmişdik. Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli və bürünc mükafatçı Mövlud Mirəliyev yaxşı hazırlaşdılar. Hər ikisinin hazırlıq səviyyəsindən razı qaldım. Ümumiyyətlə, Minsk toplanışı xeyrimizə işlədi. Çoxdandır ki, belə hazırlıq keçməmişdik. Orada məşq etmək üçün hər cür şərait var". Bu sözləri apasport.az saytına açıqlamasında Avropa çempionatına hazırlaşan Azərbaycan cüdo yığmasının baş məşqçisi Ağayar Axundzadə deyib.
Qitə birinciliyi aprelin son həftəsində Avstriyada təşkil olunacaq. Millimiz hazırlığın son mərhələsini Bakıda keçəcək. AÇ-yə gedəcək heyət məhz son toplantıdan sonra müəyyənləşəcək: “Bu toplanışa aprelin 5-dən sonra start veriləcək. Toplanışın Bakıda olması yaxşıdır. Belə vəziyyətdə Goradil və ya Zuğulbadan da idmançı çağıra bilirsən. Avstriyaya getmək üçün Almaniya səfirliyindən viza almalıyıq. Odur ki, idmançıların Bakıda olması vacibdir".
Qeyd edək ki, ikiqat Avropa çempionu Kifayət Qasımovanın (57 kq) qitə birinciliyində yarışmayacağı dəqiqdir.

- AMADA 2025-ci ilin 10 ayında 27 idmançının məkan məlumatı pozuntusunu açıqlayıb
- AMADA: Son 8 ildə ən çox dopinq sanksiyası tətbiq edilən idman növləri açıqlanıb
- AMADA-nın icraçı direktoru: "Builki konfrans Konstitusiya və Suverenlik ilinə həsr olunub"
- AMADA 2025-ci ilin ilk doqquz ayında 649 dopinq testi keçirib
- Bakıda “İdmanda Hüquq və Ədalət” üzrə beynəlxalq konfrans keçirilib
0
0