Milli komandada daha bir dopinq qalmaqalı
30.03.2010 - 11:51
Milli komandada daha bir dopinq qalmaqalı
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) dopinq qəbul etdikləri üçün rusiyalı Vasili Polovnikov və İrina Sibetovanı diskvalifikasiya edib. Lent.az-ın “Ves Sport” agentliyinə istinadən verdiyi məlumata görə, 2009-cu ildə götürülmüş dopinq-testləri müsbət nəticə verən ağırlıqqaldıranlar 4 il müddətinə bütün yarışlardan kənarlaşdırılıblar.

Onların məhz hansı preparatları qəbul etdikləri dəqiq məlum deyil. Polovnikov Cənubi Koreyada start götürən dünya çempionatına bir neçə gün qalmış, daha dəqiqi 31 oktyabr 2009-cu ildə dopinq-testdə “ilişib”. O, dərhal dünya çempionatından kənarlaşdırılıb. Polovnikovun cəzası 30 dekabr 2013-cü ildə başa çatacaq.

Sibetovadan dopinq-test isə ötən ilin 31 iyulunda, yeniyetmələr arasında dünya çempionatı vaxtı götürülüb. O, 58 kq çəkidə qızıl medal qazansa da, bu addan məhrum edilib və 31 iyul 2013-cü ilədək diskvalifikasiyaya məruz qalıb.

Qeyd edək ki, 94 kq çəkidə yer alan Vasili Polovnikov 2008-ci ildə Avropa çempionatının gümüş medalını qazanıb, 2009-cu ildə Rusiya çempionu olub. Sibetova isə 2007 və 2008-ci illərdə Rusiya Kubokunun mükafatçıları sırasına düşüb.
0