Avropa çempionatında azərbaycanlı hakim
30.03.2010 - 17:21
Belarusun paytaxtı Minskdə keçiriləcək ağır atletika üzrə Avropa çempionatında ədalət prinsiplərini qorumaq üçün Azərbaycanın yeganə beynəlxalq dərəcəli hakimi Vahid Nəzərova dəvət göndərilib. Bu haqda apasport.az saytına Nəzərov özü məlumat verib.
O, aprelin 1-də səfərə yollanacaq. Azərbaycan Ağır Atletika Federasiyasının I vitse-prezidenti olan Nəzərov öncə aprelin 3-də Avropa Ağır Atletika Federasiyasının Konqresində iştirak edəcək. Ertəsi günü isə qitə çempionatı start götürəcək. Bir həftə davam edəcək yarışda ölkəmizin şərəfini bolqarıstanlı baş məşqçi Yanko Rusevin rəhbərliyi altında 4 atlet - Zülfüqar Süleymanov (62 kq), Sərdar Həsənov (69 kq), Nizami Paşayev və Rövşən Fətullayev (hər ikisi 94 kq) qoruyacaq.
Xatırladaq ki, yığmamızın da baş məşqçisi işləmiş Vahid Nəzərovu ötən il bu il postda məhz Rusev əvəzləyib.

- Velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək
- Azərbaycanın yelkən komandası Türkiyə reqatasında iştirak edəcək
- Fiziki imkanları məhdud uşaqlar üçün padel tədbiri keçirilib
- Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi keçiriləcək
0
0