FİLA prezidenti Bakıya gəlir
31.03.2010 - 14:22
Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının prezidenti Rafael Martinetti Bakıya gəlir. Apasport.az saytının məlumatına görə, isveçrəlinin səfərində məqsəd Bakıdakı Avropa çempionatında iştirak etməkdir. Qitə çempionatı aprelin 13-də start götürəcək. FİLA prezidenti isə 2 gün öncədən Bakıya təşrif buyuracaq.
Belə ki, Martinetti Azərbaycan Güləş Federasiyasının (AGF) qitə birinciliyi ilə bağlı keçirəcəyi mətbuat konfransına da qatılacaq. Avropa çempionatı Heydər Əliyev adına İdman-Konsert Kompleksində aprelin 13-dən 18-dək davam edəcək.

- Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlanıb
- Velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək
- Azərbaycanın yelkən komandası Türkiyə reqatasında iştirak edəcək
- Fiziki imkanları məhdud uşaqlar üçün padel tədbiri keçirilib
0
0