İmtahanı birinci kim verəcək?
02.04.2010 - 19:37
İmtahanı birinci kim verəcək?
Ağır atletika üzrə Avropa çempionatı ərəfəsində Avropa Ağır Atletika Federasiyasının konqresi keçiriləcək. Apasport.az saytının məlumatına görə, aprelin 4-də təsadüf edəcək konqresdən 1 gün sonra qaliblərin adları müəyyənləşməyə başlayacaq.

Yarışda iştirak edəcək Azərbaycan idmançılarından əvvəlcə podiuma Zülfüqar Süleymanov çıxacaq. 62 kq çəki dərəcəsində mübarizə aparacaq təmsilçimizin aprelin 6-da nə qədər çəkinin öhdəsindən gələcəyi bəlli olacaq. Sonra mükafatçılar sırasına düşməyə Sərdar Həsənov (69 kq) cəhd edəcək. Komanda yoldaşından 1 gün sonra onun da neçənci yeri tutacağı aydınlaşacaq. Qitə çempionatında 94 kq mübarizə aparan 2 ağırlıqqaldıranımız - Nizami Paşayev və Rövşən Fətullayevin isə nə qədər ağırlığın altına «girəcəyi» aprelin 10-da bilinəcək.

Xatırladaq ki, Belarusun paytaxtı Minskdə keçirilən sayca 89-cu Avropa çempionatında ölkəmizi Yanko Rusevin rəhbərliyi altında 4 atlet təmsil edir.