İkiqat dünya çempionu Bakı tatamisində
04.04.2010 - 11:28
Dünyanın ən güclüsü sayılan sərbəst güləş üzrə Rusiya milli komandasının aprelin 13-də Bakıda start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb. Lent.az-ın Rusiya İdman Güləşi Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 6 gün davam edəcək yarışda qonşu ölkənin böyüklər arasında iki dünya çempionu Denis Tsarquş (74 kq) və Bilal Maxov (120 kq) da çıxış edəcək.
Tsarquş 2009-cu ildə, Maxov isə 2007 və 2009-cu illərdə planetin ən güclü pəhləvanı adını qazanıblar. Digər çəkilərdə isə 2009-cu il dünya çempionatının bürünc mükafatçısı Viktor Lebedev (55 kq), 2009-cu il Rusiya çempionatının gümüş mükafatçısı, builki Dünya Kubokunun qalibi Opan Sat (60 kq), 2008-ci ilin gənclər arasında dünya çempionu, bu il İvan Yarıginin xatirəsinə keçirilən “Qızıl Qran-pri” turnirinin I mərhələsinin qalibi Maqomedmurad Hacıyev (66 kq), 2008 və 2009-cu il Rusiya çempionatlarının mükafatçısı Anzor Urişev (84 kq) və 2008-ci il gənclər arasında Avropa çempionu, bu il İvan Yarıginin xatirəsinə keçirilən “Qızıl Qran-pri” turnirinin I mərhələsinin qalibi Yuri Belonovski (96 kq) çıxış edəcək.
Qeyd edək ki, bir neçə gün öncə Rusiyanın qadın güləşi üzrə yığmasının da Bakıya gələcək heyəti açıqlanıb: Larisa Oorjak (48 kq), Anna Trusova (51 kq), Natalya Qolts (55 kq), Natalya Smirnova (59 kq), Lyubov Volosova (63 kq), Alyona Kartaşova (67 kq), Yekaterina Bukina (72 kq). Şimal qonşularımızın yunan-Roma güləşi millisinin heyəti isə hələ məlum deyil.

- Azərbaycan birinciliyində növbəti mükafatların sahibləri bəlli olub
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib
- Millimiz Gürcüstanda beynəlxalq təlim-məşq toplanışına başlayıb
- Raman Saley Dünya Seriyasında mübarizə aparacaq
- Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib
0
0