Elnur Məmmədlinin toyunda 30 min dollarlıq dizayn!
05.04.2010 - 13:23
Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli ailə həyatı qurub. Apasport.az saytının məlumatına görə, cüdoçunun toy mərasimi "Madonna" şadlıq sarayında təşkil olunub.
Olimpiya çempionunun şad günündə tanınmış idmançılar, idman xadimləri, Milli Olimpiya Komitəsinin (MOK) nümayəndələri iştirak ediblər. Gənclər və idman naziri Azad Rəhimov işlərinin çoxluğu ilə əlaqədar olaraq, toya qatılmayıb. Nazirlik adından Rəhimovun müavini İsmayıl İsmayılov, MOK-dan vitse-prezident Çingiz Hüseynzadə təbriklərini çatdırıblar.
Mərasimin aparıcısı Elnurun yaxın dostu müğənni Zamiq olub. İdmançının şəninə Faiq Ağayev və Elnur da mahnı səsləndiriblər. Toyun əsas qəhrəmanları isə cüdoçular olub. Yığma komandanın baş məşqçisi Ağayar Axundzadənin çıxışından sonra onlar bu dəfə tatamidə deyil, rəqs meydançasında məharətlərini nümayiş etdiriblər.
Gecə saat 01:00-dək davam edən toyun dizaynına da xüsusi diqqət ayrılıb. Belə ki, salonun divarında səbəbkarların böyük şəkli həkk edilib. Elnur buna və digər dizaynlara görə, 30 min dollar xərcləyib.
Xatırladaq ki, Elnur ötən ilin ortalarında nişanlanmışdı. Toy mərasimi əvvəlcə martın 5-nə təyin olunmuşdu. 22 yaşlı cüdoçunun babası dünyasını dəyişdiyindən, düyün aprelin 3-nə təxirə salınmışdı.

0
0