Yığmamızın baş məşqçisi: “Neftçi” və “Qalatasaray”a azarkeşlik edirəm
05.04.2010 - 18:37
“Mən idmanın bütün növlərini sevirəm. Güləşdən başqa, futbola xüsusi simpatiyam var. Hazırda oğlum Elşən də futbolla məşğul olur". Bu sözləri apasport.az saytına açıqlamasında yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Elçin Cəfərov deyib.
Olimpiya, dünya və Avropa çempionlarının məşqçisi pərəstiş etdiyi futbol klublarının adını açıqlayıb: “Azərbaycanda "Neftçi" və "Qarabağ"a azarkeşlik edirəm. Türkiyə Superliqasında da tərəfini tutduğum komanda var. "Qalatasaray"ın hər zaman yaxşı nəticə qazanmasını istəyirəm".
"Cim-bom"un Türkiyə derbisində "Fənərbaxça"ya minimal hesablı məğlub olması Elçin Cəfərova çox pis təsir edib: "Əlbəttə, "Qalatasaray"ın uduzması mənə pis təsir etdi. Gərək, komandamı dəyişəm. Ümumiyyətlə, bu cür oyunlarda səhvə yol vermək olmaz. Bəzi futbolçular ehtiyatsızlığa yol verdiklərini deyiblər. Belə oyunlara çox yaxşı köklənmək vacibdir".
Xatırladaq ki, Elçin Cəfərov 2001-ci ildən yunan-Roma güləşi üzrə böyüklərdən ibarət Azərbaycan yığmasına başçılıq edir.

- Azərbaycanın trek velosipedi üzrə millisi Slovakiyada beynəlxalq yarışda iştirak edəcək
- Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib
- Azərbaycan birinciliyinin qalibləri bəlli olub
- Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlanıb
- Velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
0
0