Qaratovaya diqqət!
06.04.2010 - 15:00
Bədii gimnastika üzrə Almaniyanın Bremen şəhərində Avropa çempionatı keçiriləcək. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, aprelin 16-18-də təşkil ediləcək bu mötəbər yarışda Azərbaycan gimnastları da mübarizə aparacaqlar.
Böyüklərin fərdi mübarizəsində Aliyə Qarayevanın Almaniyaya yollanacağı dəqiqləşsə də, ikinci gimnastın adi gələn həftə müəyyənləşəcək. Belə ki, məşqçilər Anna Qurbanova və Zeynəb Cavadlı arasında seçim edəcəklər.
Böyüklərin qrup yarışında Ceyla Quliyeva, Nigar Əbdülsəlimova, Ailita Xələfova, Cəmilə Həsənova, Anastasiya Prasolova və Stefani Trayanovadan ibarət komandamız da qüvvəsini sınayacaq.
Böyüklərdən fərqli, yeniyetmələrin fərdi mübarizəsində ölkəmizin idman şərəfini qoruyacaq gimnastların adı məlumdur: Lalə Yusifova, Aişə Mustafayeva və Jalə Qaratova.
Avropa çempionatında bu gimnastlar arasında əsas diqqət Qaratovaya yönələcək. 1995-ci il təvəllüdlü Jalə uğurlu edəcəyi halda, Sinqapur-2010-a lisenziya qazana bilər.
Qitə birinciliyində qrup hərəkətləri üzrə yarışda isə İradə Əhədzadə, Mədinə Həsənova, Mənsura Mehdiyeva və Aliyə Paşayevadan ibarət yığmamız mükafatçılar sırasına düşməyə çalışacaq.

- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0