16 idmançımız Salonikiyə gedir
06.04.2010 - 15:57
Sambo üzrə yeniyetmələr və gənclər arasında Avropa birinciliyində mübarizə aparacaq idmançıların adları müəyyənləşib. Bu barədə məlumatı apasport.az saytına sambo üzrə yığmamızın baş məşqçisi Mübariz İbrahimov verib. Onun sözlərinə görə, aprelin 15-19-da yeniyetmələr və gənclər arasında Yunanıstanın Saloniki şəhərində keçiriləcək birincilikdə 16 samboçu (2 yaş qrupunda) fəxri kürsüyə yüksəlmək üçün mübarizə aparacaq. Sabah viza məsələsini həll edəcək komandamız səfərə aprelin 14-də yola düşəcək.
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
- “Gözünüz aydın, kişilər, müharibə bitdi” – Daşqın Əzizin müharibə xatirələri
0
0