Yığmamızın sabiq kapitanından fərqli münasibət
06.04.2010 - 23:00
“Azərbaycan Boks Federasiyasının son qərarından xəbərim var. Elçin Əlizadə və Samir Məmmədov nizam-intizamsızlığa görə, yığmadan uzaqlaşdırılıblar. Məncə, onlar indi yaxşı formada idilər. Xüsusən də, Samiri qeyd edə bilərəm. O, Avropa və dünya çempionatlarında təcrübə qazanmışdı. Samir kimi boksçunu yığmadan qovmaq olar?” Bu sözləri apasport.az saytına açıqlamasında Pekin Yay Olimpiya oyunlarının bürünc mükafatçısı, Azərbaycan boks yığmasının sabiq kapitanı Şahin İmranov deyib.
Artıq karyerasını bitirmiş İmranov həmkarlarına görə təəssüfləndiyini bildirib: “Rinqə soyuq münasibət qətiyyən yolverilməzdir. Gərək, idmançı özünə və ətrafındakılara hörmət etməyi bacarsın. Bilirsiniz ki, yığma komandanın məşqçilər korpusu dəyişdirilib. Xüsusən də, belə keçid dövründə ehtiyatlı olmaq lazım idi. Mən Samir və Elçinin yığmadan getməsinə görə, təəssüflənirəm. Eyni zamanda, Azərbaycan Boks Federasiyasının qərarına və məşqçilərin mövqeyinə hörmətlə yanaşıram”.
Xatırladaq ki, olimpiadadan sonra heç bir yarışa qatılmayan 30 yaşlı Şahin bu ilin əvvəlində karyerasını rəsmən bitirib. O, hazırda Dövlət Gömrük İdarəsində çalışır.

- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
- “Gözünüz aydın, kişilər, müharibə bitdi” – Daşqın Əzizin müharibə xatirələri
0
0