“32”lər: Pley-off mərhələlərinin qəhrəmanları
14.05.2010 - 23:05
CAR-da keçiriləcək dünya çempionatının startına cəmi 27 gün qalıb. Yarış iştirakçılarının təqdimatını davam etdirən apasport.az saytı bu dəfə oxucularını Sloveniya yığması ilə tanış edəcək. C qrupunda mübarizə aparacaq balkanlılar İngiltərə, Əlcəzair və ABŞ-la rəqabətdən alnıaçıq çıxmağa çalışacaq.
Dosye
Federasiya: Nogometna zveza Slovenije (Sloveniya Futbol İttifaqı)
Federasiya prezidenti: İvan Simiç
Yaranma tarixi: 1920
1992-ci ildən FİFA və UEFA-nın üzvüdür.
Ləqəbi: balkanlılar
Rəngləri: ağ, yaşıl
Baş məşqçi: Matyaj Kek
Tarixinin ilk oyunu: Xorvatiya 0:1 (1991)
Yığmada ən çox oyun keçirənlər: Zlatko Zahoviç (80), Aleş Çex, Milenko Açimoviç (74)
Yığmada ən çox qol vuranlar: Zlatko Zahoviç (35), Saşa Udoviç (16), Ermin Silyak, Milivoye Novakoviç (14)
Məşhur oyunçuları: Zlatko Zahoviç, Milenko Açimoviç, Mark Simunoviç, Milivoye Novakoviç, Miran Pavlin, Milan Dabanoviç
Nailiyyətləri
Azərbaycan milli komandası kimi Avro-1996-dan etibarən beynəlxalq arenaya çıxan Sloveniya yığması keçirdiyi 8 seçmə mərhələnin 3-də uğur qazanıb. 2000-ci ildə qitə, iki il sonra dünya çempionatının final mərhələsinə yüksələn balkanlılar hər iki halda qrup səddini adlaya bilməyib. Həmin vaxtlar yığmaya Sreçko Katanets rəhbərlik edirdi. Tarixində üçüncü dəfə böyük yarışa yollanan sabiq yuqoslaviyalılar final mərhələlərindəki 6 matçında hələ də qələbə qazanmayıb. Düzdür, 10 il əvvəl Sloveniya – Yuqoslaviya matçının 65-ci dəqiqəsinədək hesab 3:0 idi. Lakin Sreçko Katanetsin yetirmələri üstünlüyü əldən verib, 1 xalla kifayətlənməli oldu – 3:3. Bu və daha bir heç-heçə hələlik ən böyük uğur sayılır.
DÇ yolunda
Seçmə mərhələdə Çexiya (0:0, 0:1), Şimali İrlandiya (2:0, 0:1), Polşa (3:0, 1:1), San-Marino (3:0, 5:0) yığmalarını arxada qoyan balkanlılar qrup mərhələsini ikinci yerdə bitirdi. Onlar hər iki oyunda məğlub etdikləri Slovakiyanın (2:0, 2:1) birinci yeri tutmasına əngəl ola bilmədi. Çexiya və Polşa kimi rəqibləri mundiala həsrət qoymaq da uğur sayılmalıdır. Bunda isə 5 qol vuran Novakoviçin əməyi böyük oldu. Bu ikincilik Sloveniya yığmasını pley-off mərhələsində Rusiya ilə üz-üzə qoydu. Tarixində 3 dəfə bu mərhələdə oynamış və ikisindən qalib ayrılan komanda şimallıları da məğlub edə bildi. Bu həmin Rusiya ki, Azərbaycan millisi ilə eyni seçmə qrupunda ikinci olmuşdu. Moskvadakı matçda 0:2 hesabı ilə uduzan balkanlılar final fitinə 2 dəqiqə qalmış Peçnikin qolu ilə ümidləndi. Cavab oyununda isə Dediçin qolu 1:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa kifayət etdi.
Zahoviç – yeni Nostradamus
Sloveniya yığmasının mundialda qeyri-adi nəticə göstərəcəyi inandırıcı görünmür. Qrup qalibliyinin İngiltərəyə qismət olması ilə barışacaq balkanlılar Əlcəzair və ABŞ-la ikinci yer uğrunda mübarizə aparacaq. Lakin bunun üçün müxtəlif səviyyəli və üslublu klublardan yığılan oyunçuların seçmə mərhələdəki kimi, vahid komanda olması zəruridir. Kekin bunu bacaracağı halda, yetirmələri 1/8 finala çıxa bilər. Səkkiz il əvvəlki mundialdan heç kimin qalmadığı debütantlar toplusu özləri üçün əfsanə sayılan Zlatko Zahoviçin sözlərini doğrultmalıdır. Futbol veteranı həmyerlilərinin qrup səddini adlayacağı ilə bağlı proqnoz verməkdən çəkinməyib.
Oyunlarının təqvimi
13.06.2010 Əlcəzair
18.06.2010 ABŞ
23.06.2010 İngiltərə
Mundial iştirakçısı və biz
Eyni vaxtdan 1994-cü ilin yayından beynəlxalq arenaya çıxan Azərbaycan və Sloveniya yığmaları nə qədər maraqlı olsa da, heç vaxt qarşılaşmayıblar. Özü də bu əsas milli ilə yanaşı U-21, U-19 və U-17-lərə də aiddir. Avrokuboklarda isə balkanlılar həmişə klublarımızı məyus edib. “HİT-Qoritsa” iki il dalbadal “Neftçi”ni (2000/01 mövsümündə 0:1, 3:1 və 2001/02 mövsümündə 0:0, 1:0), “Olimpiya” isə 2001/02 mövsümündə “Şəfa” nı (4:0, 3:0) məğlub edib. Azərbaycan klublarında oynamış legionerlər arasında da sloveniyalı olub. Bu “Neftçi”də parlamış Tomislav Mişuradır. Sloveniya vətəndaşı olan xorvat əsilli bombardir ölkəmizdə vurduğu qollarla “ağ-qaralar”ın azarkeşləri arasında kifayət qədər pərəstişkar topladı. Özü isə Azərbaycan çempionu və “Birlik kuboku”nun qalibi oldu. Bundan başqa son vaxtlar “Bakı” təlim-məşq toplanışları üçün Sloveniyanı seçməsi ilə diqqət çəkir.
Apasport.az-ın proqnozu: qrupda III yer.
Vüqar XEYRULLAYEV

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0