Allan Lalinin mundialda iştirak etməsinin yolu göstərildi
14.05.2010 - 12:48
Dünya çempionatında çıxış etməyə namizəd futbolçular gələn həftənin ilk günündən milli komandalarının düşərgəsində olmalıdır. Apasport.az saytının məlumatına görə, bütün klublar final mərhələsində iştirak etmək üçün ilkin siyahıda göstərilən futbolçuları mayın 17-dən yığmaya buraxmalıdır.
Milli assosiasiyalar 23 futbolçunun adı olan son siyahını FİFA-ya iyunun 1-də Mərkəzi Avropa vaxtı saat 00:00-a qədər təqdim etməlidir. Ora yalnız ilkin siyahıda olan futbolçular düşə bilər. Bununla bərabər, DÇ-2010-un reqlamentinə görə ciddi zədələnən futbolçular final mərhələsində ən uzağı ilk oyuna 24 saat qalmış əvəzlənə bilər ki, bu, ilkin siyahıya düşməyən futbolçulara aiddir. Yəni, ölkəmizdə çıxış edən legionerlər arasında DÇ-2010-un iştirakçısı olmağa yeganə namizəd olan “Xəzər-Lənkəran”ın honduraslı hücumçusu Allan Lalinin bu yolla yığmasının iştirak ərizəsinə düşə bilər.
Təbii ki, bunun üçün Honduras yığmasında ciddi zədə alan futbolçu olmalı və baş məşqçi Reynaldo Rueda onu əvəzləmək üçün Lalinə dəvət göndərməlidir.
Qeyd edək ki, FİFA rəsmi saytında DÇ-2010-də çıxış edən komandaların iştirak ərizəsini iyunun 4-də dərc edəcək.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0