“32”lər: Futbola barmaqarası baxanlar
15.05.2010 - 23:01
Cəmi 26 gündən sonra bütün dünyanın diqqəti CAR-da keçiriləcək dünya çempionatının final mərhələsinə yönələcək. Apasport.az saytı “qara qitə”də keçiriləcək ilk mundial iştirakçıları ilə tanışlığı davam etdirir. Təqdimatımızın bu günkü qonağı futbolun bir sıra idman növlərindən geri qaldığı ABŞ-dır. Basketbol, hokkey, beysbol, Amerika futbolu, qolf, boks, tennisə olan sevgilərindən futbola kiçik hissə ayıran şimali amerikalılar mundiala da ikinci dərəcəli kimi yanaşır.
Dosye
Federasiya: United States Soccer Federation (Birləşmiş Ştatlar Futbol Federasiyası)
Federasiya prezidenti: Sunil Qulati
Yaranma tarixi: 1913
1914-cü ildən FİFA, 1961-ci ildən CONCACAF-ın üzvüdür.
Ləqəbi: yankilər
Rəngləri: ağ, göy, qırmızı
Baş məşqçi: Bob Bredli
Tarixinin ilk oyunu: İsveç 3:2 (1916)
Yığmada ən çox oyun keçirənlər: Kobi Cons (164), Ceff Aqus (134), Marselo Balboa (128)
Yığmada ən çox qol vuranlar: Lendon Donovan (42), Erik Vinalda (34), Brayan Makbrayd (30)
Məşhur oyunçuları: Aleksi Lalas, Kobi Cons, Qaetyens, Aqus, Balboa, Donovan, Reyna, Kalidjuri, Vinalda, Keller, Erni Stüart, Meola, Co-Maks Mur, Makbrayd, Peytnod
Nailiyyətləri
1990-cı ildən etibarən final mərhələlərinin əbədi iştirakçısı olan “yankilər” həmin vaxtadək 3 mundiala qatılmışdı. ABŞ yığması 80 il əvvəl əksər avropalıların boykot etdiyi, 13 komandanın qatıldığı yarışın bürünc mükafatını da qazanıb. Həmin vaxt III yer uğrunda görüşün keçirilməməyi də amerikalıların işinə yarayıb. Sonrakı turnirlərdə isə “yankilər” ciddi nəticə göstərməyib. 1991, 2002, 2005 və 2007 CONCACAF çempionu olan ABŞ yığması olimpiadaların tarixində görünməmiş rekordun sahibidir. 1904-cü ildəki Olimpiya Oyunlarına yalnız Kanada yığması gəldiyindən Sent-Luis Olimpiadasının təşkilatçıları iki komanda ilə təmsil olunub. İlk yeri qonaqlar tutduğundan gümüş və bürünc mükafat “yankilər”in iki müxtəlif komandasına nəsib olub. Futbol tarixində bir olimpiadada iki medal qazanan ikinci ölkə olmayıb.
DÇ yolunda
Bredlinin yetirmələri CAR-a vəsiqə uğrunda mübarizəni ikinci seçmə mərhələdən başladı. Burada ABŞ yığmasının tarixinin ən böyük qələbəsi qeydə alındı: Barbados – 8:0, 1:0. “Yankilər” üçüncü seçmə mərhələdə də ciddi çətinlik çəkmədi. Qvatemala (1:0, 2:0), Kuba (1:0, 6:1), Trinidad və Tobaqo (3:0, 1:2) bölgə nəhəngini yalnız bir dəfə məğlub edə bildi. Həlledici mərhələdə isə Bredli və komandası Meksika (2:0, 1:2), Salvador (2:2, 2:1), Trinidad və Tobaqo (3:0, 1:0), Kosta-Rika (3:1, 2:2), Honduras (2:1, 3:2) milliləri ilə mübarizədə də qalib olmaqla, mundiala vəsiqəni əldə etdi.
Rədd olsun müasir futbol!
ABŞ yığmasının taktikası çoxlarına qəribə görünə bilər. Əksər mütəxəssislərin orta sahəni zənginləşdirməyə çalışdığı vaxtda Bredli klassik 4-4-2 sxeminə sadiqliyi ilə seçilir. Düzdür, mütəxəssis bir müddət “ispan” üslubuna, yəni 4-2-3-1-ə keçdi. Bu sistemdə Amerika futbolunun əfsanəsi Lendon Donovan dayaq yarımmüdafiəçisi kimi oynayır, cinahlar isə ona güclü dəstək verirdi. Lakin baş məşqçi cəmi 3 qarşılaşmadan sonra bu üslubdan imtina etdi. Buna Trinidad və Tobaqoya məğlubiyyət səbəb oldu. Kosta-Rika ilə oyunda sınaqdan çıxarılan 4-3-3 sxemi də iflasa uğradığından, Bredli yenidən 4-4-2-yə qayıtdı. Elə Konfederasiyalar Kubokundakı qeyri-sabit, lakin uğurlu çıxış da bunun sayəsində əldə olundu İspaniyanın məğlubiyyətsizlik seriyasını sona çatdıran amerikalılar turniri ikinciliklə tərk etmişdi.
Qapını istisnasız olaraq Tim Hovarda etibar edən mütəxəssisin sərəncamında “Aston Villa”nın perspektivli qapıçısı Bred Quzan da var. Müdafiənin mərkəzində Karlos Bokaneqra ilə Oquçi Onyevuya güvənən Bredli onların “ikinci mərtəbə”də inamlı oynamasına bel bağlayır. Arxa xəttin cinahlarında isə rəqabət böyükdür. Mütəxəssis Frenki Xeyduk, Stiva Çerundolo və Conatan Spektor arasında seçim etməlidir.
Bredlinin komandasının orta sahənin dirəyi isə oğlu Maykldır. Əvəzolunmadan yığmada çıxış edən mərkəz yarımmüdafiəçisi ilə yanaşı Pablo Mastroeni oynayır. Müdafiəyə meylli olan dayaq yarımmüdafiəçilərindən biri – oğul Bredli rəqib qapısının ağzına da cəsarətlə gedir. Yarımmüdafiənin cinahları isə mütəxəssisin ən çox öyündüyü yerdir. Sağda “Fulhem”in oyunçusu Klint Dempsi, solda isə sürətli Da Markus Bizli qərarlaşır. “Yankilər”in hücum xəttində yaradıcı oyunu ilə diqqət çəkən Donovan liderlik keyfiyyətlərini göstərir. Meydanın dərinliyinədək çəkilib hücumların təşkilində də iştirak edən, qol vurmaq bacarığı olan təcrübəli Lendona Brayana Çinqa və ya Jozi Altidor dəstək verir. Yığmanın əksər qollarını cinah yarımmüdafiəçiləri ilə hücumçular vursa da, standard vəziyyətlərdə ucaboy müdafiəçilər də real təhlükəyə çevrilir.
Oyunlarının təqvimi
12.06.2010 İngiltərə
18.06.2010 Sloveniya
23.06.2010 Əlcəzair
Mundial iştirakçısı və biz
Azərbaycan və ABŞ komandaları nə yığma, nə də klub səviyyəsində bir-biri ilə üz-üzə gəlməyib. Düzdür, ölkələr arasında təsadüfi futbol əlaqələri mövcud olub. 1994-cü ildə Tovuzun “Turan” klubu təlim-məşq toplanışı üçün okeanın o tayına gedərək bir neçə yoxlama oyunu keçirmişdi. Bundan başqa, futbolçu karyerasını bitirdikdən sonra ABŞ-a yollanan Elşən Qəmbərov da qeyd olunmalıdır. Bir ilə yaxındır orada yaşayan yığmamızın sabiq futbolçusu okeanın o tayına biznes məqsədilə getsə də, sevimli peşəsindən də ayrı qalmır.
Apasport.az-ın proqnozu: 1/8 final.
Vüqar XEYRULLAYEV

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0