Bürünc medalı son turda itirdik
15.05.2010 - 10:16
Bosniyanın paytaxtı Sarayevodo keçirilən şahmat üzrə beynəlxalq turnir başa çatıb. Apasport.az saytının məlumatına görə, turnirdə iştirak edən 4 zəka sahibimizin heç biri mükafatçılar sırasında yer ala bilməyib.
Son turda Rauf Məmmədov xorvatiyalı Ante Brkiçlə sülh bağlamasaydı, ilk üçlükdə qərarlaşa bilərdi. Lakin şahmatçımızın 0,5 xal itirməsi onun 11-ci yerə enməsi ilə nəticələnib. Məmmədov kimi komanda yoldaşı Nicat Abbasov da sonuncu görüşünü heç-heçə başa vurub. Qoran Mufiçlə (Xorvatiya) xalları yarı bölən həmyerlimiz turniri 100-cü yerdə başa vurub.
Komanda yoldaşlarından fərqli olaraq, Nicat Məmmədov isveçli Nils Qrandeliusa, Vasif Durarbəyli isə xorvat İvan Sariçə uduzub. Son turda xal itirən hər iki zəka sahiblərimiz mövqelərini də itiriblər. 21-ci yerdə olan Məmmədov 23 pillə geriləyərək 44-cü olub. Durarbəyli isə 12 pillə aşağı düşərək 58-ci yerlə kifayətlənib.
Qeyd edək ki, Sarayevoda keçirilən yarışda 31 ölkədən 120 şahmatçı mübarizə aparırdı.

- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
- Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib - FOTO
- Ülviyyə Axundova: “Azərbaycan Gənclərinin XI Forumu xüsusi əhəmiyyət daşıyır”
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
0
0