Taekvondoçumuz erməni idmançısına qarşı
15.05.2010 - 10:34
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatına bu gün yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, yarışın sonuncu günündə 2 idmançımız mübarizəyə qoşulacaq.
87 kq çəki dərəcəsində Azərbaycanın idman şərəfini qoruyan Ramin Əzizov ilk döyüşdə erməni Aram Saakyanı sınağa çəkəcək. Taekvondoçumuz düşmən ölkənin idmançısına qalib gələrsə, növbəti mərhələdə rusiyalı İvan Nikitinlə görüşəcək.
+87 kq çəki dərəcəsində qüvvəsini sınayan Təvəkkül Bayramov yarışa ilk mərhələdən qatılacaq. Onun bu mərhələdə rəqibi türk əsilli Almaniya idmançısı Ülvi Kaya olacaq.
Qeyd edək ki, qitə çempionatında 13 idmançı ilə iştirak edən yığma komandamız hələlik 1 bürünc medal qazanıb. Azərbaycan taekvondoçularından fəxri kürsüdə Elvin Əliyev (74 kq) yer alıb. Ondan fərqli olaraq, ilk 3 gündə çıxış etmiş Samir Aydınov (54 kq), Vasif Qurbanov (58 kq), Ziya Qasımov (63 kq), Fariz Əliyev (68 kq), İlkin Şahbazov (80 kq), Xəyalə Quliyeva (46 kq), Aygül Abdullayeva (49 kq), Arzu Bağırova (53 kq), Seunqmi Li (57 kq), Günay Ağakişiyeva (62 kq) məğlubiyyətlə üzləşiblər.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0