Cüdoçularımızın rəqibləri müəyyənləşdi
15.05.2010 - 11:35
Bu gün Misirdə cüdo üzrə Dünya kubokuna start veriləcək. Apasport.az saytının məlumatına görə, London olimpiadasına lisenziya xalları verəcək yarışda idmançılarımızın rəqibləri müəyyənləşib.
Ağayar Axundzadənin rəhbərlik etdiyi komandanın üzvü İlqar Müşkiyev 60 kq çəki dərəcəsində ilk döyüşünü ev sahiblərinin cüdoçusu Mahmud El-Sayedə qarşı keçirəcək. Bu çəkidə tatamıyə çıxacaq Vüqar Şirinli ilk mərhələdən azaddır. O, ikinci mərhələdə fransalı Açraf Fikri ilə qarşılaşacaq.
Çəkisi 66 kq olan idmançıların yarışında qüvvəsini sınayacaq Ramil Qasımov türkiyəli Həsən Yılmazla, Tərlan Kərimov isə çexiyalı Yaroslav Stalmaçerlə üz-üzə gələcək.
73 kq çəki dərəcəsində mübarizəyə qatılacaq Amil Qasımov ilk döyüşündə misirli Hüsseyn Hafizin gücünü yoxlayacaq. Bu çəkidə Qasımovun komanda yoldaşı Orxan Dünyamalıyev ikinci mərhələdə rəqibini gözləyir. O bu mərhələdə Mohamed Riad (Fransa) və Mehdad Əli (Misir) cütünün qalibi ilə qarşılaşacaq.
81 kq çəkili cüdoçuların yarışında Olimpiya çempionumuz Elnur Məmmədli ikinci mərhələdə tatami üzərinə çıxacaq. İkinci dəfə bu çəkidə qüvvəsini sınayacaq Məmmədli macarıstanlı Milan Burqeslə münasibətlərinə aydınlıq gətirəcək. Onunla bərabər Elxan Rəcəbli də birinci döyüşdə sərbəstdir. Növbəti mərhələdə isə onun rəqibi Krestofer Kousinsdir (CAR).
Çəkisi 90 kq olan idmançıların yarışında mükafatçılar sırasına düşməyə cəhd edəcək Ramin Qurbanov pakistanlı İlqar Muzafarla döyüşəcək. Son “Qran-pri” turnirində gümüş medala sahib olan Elxan Məmmədov 1/8 finalda Kərim Qamil (Misir) və Aaron Hildebrand (Almaniya) cütünün ən güclüsünü gözləyir.
100 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Pekin-2008-in bürünc mükafatçısı Mövlud Mirəliyev misirli Ramadan Darvişi sınağa çəkəcək. Onunla eyni çəkidə mübarizə aparan Elmar Qasımov da ev sahiblərini idmançısı Məhəmməd Abasla üz-üzə gələcək.
Kubokun ən ağır çəkililəri arasında Azərbaycanı təmsil edəcək Emil Tahirov (+100) birinci döyüşdə rus Sergey Prokinlə qarşılaşacaq.
Yarışda 2 qadın cudoçumuzun iştirakı nəzərdə tutulsa da, Kifayət Qasımova (57 kq) zədəsini tam sağaltmadığından tatamiyə çıxmayacaq. Ramilə Yusubova isə Leah-Şona Vestonu (CAR) sınağa çəkəcək.
Qeyd edək ki, dünya kuboku 2 gün davam edəcək.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0