Elnur Məmmədli Dünya Kubokunun qalibi oldu
17.05.2010 - 09:26
Misirdə keçirilən cüdo üzrə Dünya Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, London Olimpiadasına lisenziya xalı verən turnir Ağayar Axundzadənin yetirmələri üçün uğurlu alınıb.
Belə ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Elnur Məmmədli Pekin-2008-dən sonra ilk çempionluğunu bayram edib. Olimpiya çempionumuzla bərabər Elxan Məmmədov (90 kq) və Tərlan Kərimov (66 kq) da finaladək irəliləsələr də, həlledici mərhələdə məğlub olaraq gümüş medalla kifayətləniblər. Yığmamızın heyətində Elxan Rəcəbli (81 kq) və Ramilə Yusubova (63 kq) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, komandamızın Misirdə 15 cüdoçu ilə iştirakı gözlənilsə da, Kifayət Qasımova zədəsini tam sağaltmadığından tatamiyə çıxmayıb. Dünya kubokunu İlqar Müşkiyev, Vüqar Şirinli (hər ikisi 60 kq), Ramil Qasımov (66 kq), Orxan Dünyamalıyev, Amil Qasımov (hər ikisi 73 kq), Ramin Qurbanov (90 kq), Mövlud Mirəliyev, Elmar Qasımov (hər ikisi 100 kq) və Emil Tahirov (+100 kq) isə medalsız başa vurublar.
Tahir HÜMMƏTOV

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0