Avropa kubokundan 2 qızıl və 2 bürünc medal
17.05.2010 - 09:50
Ukraynanın paytaxtı Kiyevdə keçirilən gənc cüdoçular arasında Avropa kubokunun qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, məşqçilər Fərhad Məmmədov və Azər Şixəliyevin rəhbərliyi altında yarışa qatılan komandamızın qazancı 2 qızıl medal və 2 bürünc medal olub.
Cüdoçularımızdan Fəqan Eminoğlu (66 kq) və Kənan Nağıyev (90 kq) heç bir rəqibinə aman verməyib və öz çəkilərində qitənin ən güclüsü olduğunu sübut ediblər. Seyran Mahmudov (73 kq) və Fərid Babayev (+100) isə kubok yarışlarını bürünc medalla başa vurublar.
Qeyd edək ki, Avropa kubokundan sonra komandamızın üzvləri 2 günlük təlim-məşq toplanışlarında iştirak etdikdən sonra vətənə dönəcəklər.
Tahir HÜMMƏTOV

- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
0
0