Fransa yığması üçün 300.000 avro
26.05.2010 - 10:14
Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatının finalı yaxınlaşdıqca, iştirakçı ölkələrin birinci olacaqları halda qazanacaqları mükafatların məbləği açıqlanmaqda davam edir.
Apasport.az saytının məlumatına görə, Fransa komandasının da qalib olacağı halda əldə edəcəyi gəlir müəyyənləşib. Belə ki, A qrupunda ev sahibləri, Meksika və Uruqvayla eyni qrupda yer alan fransızlar çempion adına yiyələnərsə, 300.000 avro “qabağa düşəcəklər”. Fransa Futbol Federasiyası öncə 240.000 avro mükafat verəcəyini vəd etsə də, sonradan onun artırıldığını təsdiqləyib.
Qeyd edək ki, Fransadan əvvəl İspaniya Futbol Federasiyası yığmanı həvəsləndirmək üçün mükafat fondunu açıqlayıb. Onlar Del Boskenin yetirmələrinə kuboka sahib olacaqları halda, 550.000 avro verəcəklərini bildiriblər.

- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib
0
0