119 ilə futbol öyrənə bilməyənlər: Hamı müdafiəyə
26.05.2010 - 23:01
On beş gündən sonra CAR-da keçiriləcək dünya çempionatının final mərhələsinin start fiti veriləcək. Yarış iştirakçılarının təqdimatını davam etdirən apasport.az saytı oxucularını Yeni Zelandiya yığması ilə tanış edir.
Dosye
Federasiya: New Zealand Football (Yeni Zelandiya Futbolu)
Federasiya prezidenti: Frank van Hattum
Yaranma tarixi: 1891
1948-ci ildən FİFA, 1966-cı ildən OFC-nın üzvüdür.
Ləqəbi: Ağlar
Rəngləri: ağ və qara
Tarixinin ilk oyunu: Avstraliya 1:3 (1922-ci il)
Baş məşqçi: Riki Herbert
Yığmada ən çox oyun keçirənlər: İvan Vikelik (65), Von Kovni (64), Riki Herbert (61)
Yığmada ən çox qol vuranlar: Von Kovni (28), Stiv Samner (22), Brayan Terner (21)
Məşhur oyunçuları: Ken Armstronq, Dankan Koul, Von Kovni, Saymon Elliott, Keri Evans, Adrian Elrik, Riki Herbert, Bill Hyum, Kris Cekson, Maykl Makqarri, Vinton Rufer, Stiv Stamner, Brayan Terner, Frank van Hattum, İvan Vikelik, Stiv Vuuddin, Kris Zorisik, Rayan Nelsen, Şeyn Smeltyu, Leo Bertos, Rori Fallon
Nailiyyətləri
Tarixində ikinci dəfə mundiala qatılan “Ağlar” 1982-ci ildə də bu nailiyyətə sevinmişdi. 1973, 1998, 2002, 2008-ci illərdə Okeaniya çempionu olan adalılar 2000-ci ildə bu yarışı ikinci pillədə başa vurublar.
DÇ yolunda
Dünya çempionatının seçmə mərhələsi sayılan Okeaniya Millətlər Kubokunda çıxış edən yeni zelandiyalılar bu turnirdə ciddi müqavimətə rast gəlməyib. Fici (2:0, 0:2), Vanuatu (2:1, 4:1) və Yeni Kaledoniya (3:1, 2:0) yığmaları ilə qarşılaşmalarda ardıcıl 5 qələbə qazanan adalılar son tur ərəfəsində I yeri təmin edib. Asiyanın 5-ci komandası olan Bəhreynlə pley-offda münasibətlərini ayırd edən okeaniyalılar CAR-a vəsiqə qazana bilib - 0:0, 1:0.
Hamı arxaya
Özləri ilə təxminən eyni səviyyəli olan, hətta daha zəif sayılan Okeaniya təmsilçiləri ilə qarşılaşmalarda Herbert 3-4-3 sxeminə üstünlük verir. Bu taktika ilə hücumçular da meydanın özlərinə aid hissəsinə çəkilib rəqibə mane olmağa çalışır. Bu, az qala 10 müdafiəçili sistemə bənzəyir. Hətta Bəhreyn kimi güclü sayılmayan rəqibə qarşı zelandiyalılar müdafiədən oynayır. Fiziki göstəriciləri ilə öyünə bilən adalı futbolçuların bacardığı yeganə şey standart vəziyyətlərdir. Altı üzvü ucaboylardan təşkil olunan yığma Leo Bartosun cərimə və künc zərbələrindən sonra uğur qazanmağa ümid edir. Komandanın texnikaya malik olan yeganə futbolçusu fərdi ustalığı və ya uzun ötürməsi sayəsində də təhlükə yarada bilir.
Oyunlarının təqvimi
15.06.2010 Slovakiya
20.06.2010 İtaliya
24.06.2010 Paraqvay
Mundial iştirakçısı və biz
Azərbaycanlı futbolçular indiyədək yeni zelandiyalı həmkarlarını yalnız televizor vasitəsilə görə bilib. Bu da təsadüfi deyil. Çünki ada təmsilçisi mundialın nadir iştirakçılarından biridir ki, indiyədək heç vaxt futbol meydanlarında bizimlə yolları kəsişməyib.
Apasport.az-ın proqnozu: qrupda sonuncu yer.
Vüqar XEYRULLAYEV

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0