Maradona söz verdi: Dünya çempionu olsaq, lüt qaçacağam
26.05.2010 - 11:03
Argentina yığmasının baş məşqçisi Dieqo Maradona növbəti şok açıqlamasını verib. Apasport.az saytının məlumatına görə, dünya futbolunun argentinalı əfsanəsi DÇ-2010-un qalibi olacaqları halda, vətənində lüt qaçacağına söz verib: “Əgər biz dünya çempionu olsaq, paytaxtımız Buenos-Ayresin simvolu olan 67 metrlik Oberliskin ətrafında lüt qaçacağımı vəd edirəm”.
Argentina mətbuatı iddia edir ki, Maradona sözünə əməl edəcək. Çünki o, əvvəllər “El Grafico” jurnalında lüt poza veribmiş.
50 yaşlı çalışdırıcı yığmasının lideri olan Lionel Messini mundiala qədər qoruyacağını da bildirib: “Məhz bu səbəbdən onu Kanadanı 5:0 hesabı ilə məğlub etdiyimiz yoldaşlıq görüşündə meydana buraxmadım. Messi əzələsini dartdığından risk etmək istəmədim. Mənim üçün əsas odur ki, Lionel iyunun 12-ə qədər ideal formada olsun”.
Qeyd edək ki, Maradona futbolçu kimi dünya çempionu olub. O, DÇ-1986-da yığmasının kapitanı kimi dünya kubokunu başı üzərinə qaldırıb.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0