ABŞ yığma komandasının son heyəti açıqlandı
27.05.2010 - 09:43
ABŞ yığma komandasının son heyəti açıqlandı
Futbol üzrə Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatının final mərhələsində mübarizə aparacaq ABŞ yığmasının 23-lüyü məlum olub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Bob Bredli ilkin olaraq çağırdığı 30 futbolçudan 7-sini həlledici mərhələyə aparmamağı qərara alıb.

Arzusu ürəyində qalan futbolçular Çed Marşall (“Kolambus Kryu”), Xit Pirs (“Dallas”) Alexandro Bedoya (“Erebre”, İsveçrə), Saşa Klestan (“Çivas”), Robbi Rocers (“Kolambus Kryu”,) Brayan Çinq (“Dinamo Xyuston”), Eddi Consondur (“Aris”, Yunanıstan). Onlardan fərqli olaraq, “Reyncers”də forma geyinən DaMarkus Bizli mundialda üçüncü dəfə iştirak edəcək.

ABŞ komandası CAR-da aşağıdakı heyətlə qüvvəsini sınayacaq:

Qapıçılar:
Bred Qyuzan (“Aston Villa”, İngiltərə), Tim Xouard (“Everton”, İngiltərə), Markus Xanemann (“Vulverxempton”, İngiltərə);

Müdafiəçilər: Karlos Bokaneqra (“Renn”, Fransa), Conatan Bornsteyn (“Çivas”), Stiv Çerundolo (“Hannover-96”, Almaniya), Cey DeMerit (“Uotford”, İngiltərə), Klarens Qudson (“Start”, Norveç), Oquçi Onyevu (“Milan”, İtaliya), Conatan Spektor (“Vest Xem”, İngiltərə);

Yarımmüdafiəçilər: DaMarkus Bizli, Moris Edu (hər ikisi - “Reyncers”, Şotlandiya), Maykl Bredli (“Borussiya” M, Almaniya), Rikardo Klark (“Ayntraxt”, Almaniya), Klint Dempsi (“Fulhem”, İngiltərə), Lendon Donovan (“Los-Anceles Qalaksi”), Benni Feylxaber (“Orxus”, Danimarka), Styuart Xolden (“Bolton”, İngiltərə), Xose Torres (“Paçuka”, Meksika);

Hücumçular: Couzi Altidor (“Vilyarreal”, İspaniya), Edson Baddl (“Los-Anceles Qalaksi”), Robbi Findli (“Real Solt-Leyk”), Erkules Qomes (“Puebla”, Meksika).

Qeyd edək ki, ABŞ yığma komandası İngiltərə, Əlcəzair və Sloveniya milliləri ilə C qrupunda yer alıb.