Ramil Quliyev Portuqaliyaya çempionluq üçün yollanır
27.05.2010 - 14:50
Mayın 29-30-da Portuqaliyada atletika üzrə Avropa çempionlarının komanda yarışlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, bu yarışda azərbaycanlı atlet Ramil Quliyevin şərəfini qoruduğu “Fənərbaxça” klubu da mübarizə aparacaq. Həmyerlimizin yer aldığı heyətdə onunla birgə Çağlar Kahramanoğlu, Resul Çevik, Halil Akkaş, Ockert D. Cilliers, Ferhat Altunkalem, Volkan Çakan, Emre Karademir, Mustafa Yıldız, Umut Toyer, Yusuf Uslu, Hüseyin Yağlı, Talat Erdoğan, Serhat Birinci, Fatih Eryıldırım, Fatih Avan, Ümit Sungur, Hüseyin Atıcı və Haşim Yılmaz də komandasının çempion olması üçün çalışacaqlar.
Türkiyəni yarışda təmsil edəcək “Fənərbaxça”nın rəqibləri “G.A. Fiamme Gialle” (İtaliya), “Neuham-Essex Beagles” (İngiltərə), “Clup Playas de Castellon” (İspaniya), “CA Monreul-93” (Fransa), “Sportung Clube de Portugal” (Portuqaliya), “SC Luç Moskva” (Rusiya), “Ak Kromeriz” (Çexiya) olacaq. Kifayət qədər güclü qrupda yer alan “sarı-lacivərdli” atletlər çempionluğa iddialıdırlar. Bunu klubun atletika şöbəsinin üzvü Fikrət Çətinkaya açıqlamasında bildirib: “Portuqaliyaya çempionluq üçün yollanacağıq. 2007-ci ildə Avropada 3-cü olduqdan sonra bu dəfə bizi ancaq qızıl medal qane edəcək. Yeni uğurumuzla Türkiyəni sevindirəcəyik”.
Qeyd edək ki, yarışda “Fənərbaxça”nın qadınlardan ibarət yığması da qüvvəsini sınayacaq.

- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
0
0