Honduras yığması Azərbaycanla görüşə qalib çıxmayacaq
28.05.2010 - 12:16
Honduras yığması Azərbaycan milli komandası ilə iyunun 2-də yoldaşlıq görüşünə qalib çıxmayacaq. Apasport.az saytının məlumatına görə, DÇ-2010-un iştirakçısı yığmamız kimi Avstriyada keçirdiyi ilk yoldaşlıq görüşündə postsovet məkanı təmsilçisi ilə heç-heçə edib. Reynaldo Ruedanın baş məşqçisi olduğu rəqib komanda Belarus yığması ilə 2:2 hesablı bərabərliyə qalıb. Honduraslılar oyunun 25-ci dəqiqəsində Julio Sezar De Leonun vurduğu qolla hesabı açıb. Ancaq belaruslular ikinci hissənin əvvəlində (56 və 59-cu dəqiqələrdə) 3 dəqiqəyə hesabda irəli çıxa bilib. Honduras yığmasını məğlubiyyətdən 70-ci dəqiqədə Georgi Velkomun vurduğu qolla xilas edib.
Qeyd edək ki, Honduras Avstriyada milli komandamızla oyundan sonra Rumıniya yığması ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, Honduras Avstriyada milli komandamızla oyundan sonra Rumıniya yığması ilə qüvvəsini sınayacaq.
0
0