Daha 2 bürünc qazandıq
29.05.2010 - 00:13
Budapeştdə yaşı 30-dan yuxarı usta cüdoçular arasında II dünya çempionatı davam edir. Apasport.az saytının xəbərinə görə, ilk gündə 1 qızıl və 1 gümüş medal qazanan Azərbaycan yığması aktivini daha 2 bürünc medalla zənginləşdirib.
Belə ki, 66 kq çəki dərəcəsində qüvvəsini sınayan Müşfiq Cəfərov birinci döyüşündə italiyalı Giorgio Sannanı ipponla məğlub etsə də, ikinci görüşündə Artur Sippleyə (Almaniya) uduzub. Lakin rəqibin finala kimi irəliləməsi həmyerlimizin təsəlliverici qarşılaşmalarda iştirakına zəmin yaradıb. Cəfərov da əlinə düşən bu şansdan maksimum yararlanaraq, fəxri kürsünün üçüncü pilləsinə qalxıb. O, bunun üçün Nikolay Gita (Rumıniya), Frantisek Sotular (Çexiya) və Salvator Palillo (İtaliya) səddini uğurla aşıb.
100 kq çəki dərəcəsində tatamiyə çıxan Rəsul Sultanov da ikinci cəhddə Andrey Teslenkoya (Rusiya) uduzub və təsəlliverici görüşlərdə Sərdar Kıraz (Türkiyə), Kristian Rozmaring (Macarıstan) və Rene Tausçerə (Almaniya) qalib gələrək, üçüncü olub.
Qeyd edək ki, usta cüdoçular arasında dünya çempionatının birinci günündə Zülfiyə Hüseynova qızıl, Fərhad Rəcəbli gümüş medal qazanmışdılar.

- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
0
0