Komanda hesabında 17-ci yer
31.05.2010 - 09:36
Budapeştdə yaşı 30-dan yuxarı usta cüdoçular arasında keçirilən II dünya çempionatına yekun vurulub. Apasport.az saytının xəbərinə görə, yarışda 1 qızıl və 1 gümüş və 3 bürünc medal qazanan Azərbaycan yığması 47 ölkə arasında 17-ci olub.
Komandamıza son bürünc medalı 60 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Hüseynov qazandırıb. O, ilk görüşdə braziliyalı Qleyson Alvesə uduzsa da, təsəlliverici döyüşlərdə Ayvar Xaşxanok (Rusiya), Norbert Biro (Macarıstan) və Timur Gioyevə (Rusiya) qalib gələrək üçüncü yeri tutub.
Macarıstanda keçirilən dünya çempionatında Hüseynovdan öncə Zülfiyyə Hüseynova qızıl, Fərhad Rəcəbli gümüş, Müşfiq Cəfərov və Rəsul Sultanov bürünc medallara layiq görülüblər.
Yarışda komanda hesabında birinci yerə 20 qızıl, 15 gümüş və 21 bürünc medal qazanan Rusiya millisi sahib olub.
Qeyd edək ki, usta cüdoçular arasında I dünya çempionatında komandamız 1 qızıl, 1 gümüş və 1 bürünc medala yiyələnmişdi.

0
0