Bakıya gələn futbolçu mundiala gedə bilməyəcək
31.05.2010 - 11:00
Almaniya yığması DÇ-2010 öncəsi növbəti itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, bundestimin əsas müdafiəçilərindən olan Hayko Vestermann mundialı buraxmalı olacaq.
Buna səbəb “Şalke” klubunda çıxış edən 26 yaşlı müdafiənin yığmasının heyətində Macarıstanla yoldaşlıq görüşünün (3:0) son dəqiqələrində dabanından aldığı zədədir. Buna qədər kapitanı Mihael Ballak və bir neçə futbolçusunu zədə üzündən itirən Almaniya millisinin baş məşqçisi Yoahim Löv məyusluğunu gizlətmir: “Mən çox üzgünəm ki, Hayko CAR-a getməyəcək. Vestermann əla futbolçudur, üstəlik, universaldır. Buna görə onun yoxluğu bizim üçün böyük itkidir”.
Qeyd edək ki, keçən yay Bakıya gələn Vestermann yığmamızla ötən seçmə mərhələdə keçirilən görüşlərdə iştirak edib.

- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0