Kamerun yığmasında 22 legioner
31.05.2010 - 12:56
Kamerun yığmasında 22 legioner
Cənubi Afrika Respublikasında keçiriləcək final mərhələsində iştirak edəcək Kamerun millisinin yekun siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, komandanı çalışdıran fransız baş məşqçi Pol Le Quen yerli çempionatda mübarizə aparan futbolçulardan yalnız birinə ehtiyac duyub.

Mundialda Kamerun millisinin şərəfini qoruyacaq digər 22 futbolçu isə Avropa birinciliklərində top qovur.

Kamerun yığma komandasının 23-lüyü

Qapıçılar:
Hamidou Süleymani (“Kayserispor”, Türkiyə), İdriss Karlos Kameni (“Espanyol”, İspaniya), Roland Assembe (“Valensiyen”, Fransa).

Müdafiəçilər: Benoit Assu-Ekotto, Sebastiyen Bassonq (hər ikisi “Tottenhem”), Gaetan Bonq (“Valensiyen”, Fransa), Jeremi (“Ankaragücü”, Türkiyə), Stefan Mbia (“Marsel”, Fransa), Rigobert Sonq (“Trabzonspor”, Türkiyə), Nikolas Nkoulu (“Monako”, Fransa), Aurelien Çedju (“Lill”, Fransa).

Yarımmüdafiəçilər: Enoh Eyonq (“Ayaks”, Hollandiya), Jan Makun (“Lion”, Fransa), Georges Mandjek (“Kayzerslautern”, Almaniya), Joel Matip (“Şalke-04”, Almaniya), Landri Nquemo (“Seltik”, Şotlandiya), Sonq Billonq (“Arsenal”, İngiltərə), Açille Emana (“Betis”, İspaniya).

Hücumçular: Vincent Abubəkir (“Koton Sport”), Erik Çupo-Motinq (“Nürnberq”, Almaniya), Samuel Eto (“İnter”, İtaliya), Muhamadao İdrissou (“Frayburq”, Almaniya), Açille Vebo (“Malyorka”, İspaniya).

Qeyd edək ki, kamerunlular E qrupunda Hollandiya, Danimarka və Yaponiya ilə mübarizə aparacaqlar.