Dünya çempionatının topu futbolçuları narazı saldı
31.05.2010 - 15:18
Braziliya milli komandasının bir neçə futbolçusu dünya çempionatının rəsmi topundan şikayətlənib. Lent.az-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, “Adidas” şirkətinin xüsusi olaraq mundial üçün buraxdığı “Jabulani” topunu hücumçu Luis Fabiano, yarımmüdafiəçi Julio Baptista və qapıçı Julio Sezar tənqid edib.
Topun uçuş zamanı trayektoriyasını dəyişməsi onların xoşuna gəlmir. Luis Fabiano deyib: “Hərdən mənə elə gəlir ki, topun uçuşunu kimsə idarə edir. Zaman-zaman top özünü elə aparır ki, ona zərbə vurulmasını istəmir. İdman mərmisinə mümkün qədər tez uyğunlaşacağıma ümidvaram”.
Əsas qapıçı Julio Sezar topu dəhşətli adlandırıb və onu supermarketlərdə satılan plastmas toplarla müqayisə edib. Julio Baptista isə topun həm meydan oyunçuları, həm də qapıçılar üçün çətinliklər yaratdığını vurğulayıb.
“Jabulani”dən İspaniya yığmasının qapıçısı İker Kasilyas, İtaliya millisinin hücumçusu Campaolo Patsini də narazılıq edib. Patsini bildirib ki, oyunçu başla oynamaq üçün tullananda top istiqamətini dəyişir və kənara uçur.
Qeyd edək ki, dünya çempionatının rəsmi topu 2009-cu ilin dekabrında təqdim olunub. “Adidas” şirkəti “Jabulani”nin sınaqdan çıxarılmasına Kaka, Mixael Ballak, Petr Çex, Frenk Lempard kimi futbolçular dəvət edib. Onların hamısı topdan razı qalıb.

0
0