“32”lər: Ronaldo və “kölgələri”
31.05.2010 - 16:16
11 gündən sonra bütün dünyanın diqqətləri CAR-a yönələcək. Apasport.az saytı planetin diqqət mərkəzində olacaq mundial iştirakçılarının təqdimatını Portuqaliya ilə davam etdirir.
Dosye
Federasiya: Federacao Portuguesa de Futebol (Portuqaliya Futbol Federasiyası)
Federasiya prezidenti: Jilberto Madail
Yaranma tarixi: 1914
1923-cü ildən FİFA, 1954-cü ildən UEFA-nın üzvüdür.
Rəngləri: qırmızı, ağ və yaşıl
Tarixinin ilk oyunu: İspaniya 1:3 (1921-ci il)
Baş məşqçi: Karluş Keyruş
Yığmada ən çox oyun keçirənlər: Luiş Fiqu (127), Fernando Koutu (110), Ruy Koşta (94)
Yığmada ən çox qol vuranlar: Pauleta (47), Eysebio (41), Luiş Fiqu (32)
Məşhur futbolçuları: Artur Jorje, Antoniu Oliveyra, Auquştu, Vitor Bayya, Deku, Xayme Paşeku, Joao Pintu, Jordau, Koluna, Koelyo, Kriştianu Ronaldo, Luiş Fiqu, Manuel Bentu, Nene, Nunu Qomeş, Paneyra, Pauleta, Paulu Souza, Paulu Futre, Pedru Barbosa, Rikardo Karvalyo, Rui Barruş, Rui Koşta, Serjiu Konseysau, Simau, Fernando Koutu, Şalana, Eysebio
Nailiyyətləri
Tarixi ərzində yalnız 5-ci dəfə dünya çempionatının final mərhələsinə qatılan portuqaliyalılar ardıcıl 3-cü dəfə mundiala yollanır. Pireneylilərin yeganə uğuru isə 44 il əvvələ təsadüf edib. Eysebionun parladığı 1966-cı ilin mundialında Portuqaliya III yer uğrunda matçda Anatoli Banişevskinin də yer aldığı SSRİ yığmasına qalib gəlmişdi. Son 3 Avropa çempionatının da iştirakçısı olan qırmızılar 5 dəfə bu yarışlarda mübarizə aparıb. Ən böyük uğurunu doğma meydanda qazanan Eysebionun davamçıları 6 il əvvəl tarix yazan Yunanıstanın qarşısını finalda da ala bilməyib.
DÇ yolunda
Mundial yoluna Avropanın 1-ci seçmə qrupunda başlayan Keyruşun yetirmələri favorit olduqları halda ciddi çətinliklərlə üzləşdi. Malta (4:0) üzərində qələbədən sonra öz meydanlarında Danimarka (2:3), Albaniya (0:0), hər iki oyunda İsveç (0:0, 0:0) yığmalarını uda bilməyən Kriştianu Ronaldo və komandası mundial arzularını sual altına saldı. Yalnız sonda toparlanmaları Albaniya (2:1), Danimarka (1:1), Macarıstan (1:0, 3:0) və Maltanı (4:0) keçməyə kifayət etdi. Bunun sayəsində qrup ikincisi olan pireneylilər pley-offa vəsiqə qazandı. Orada isə Bosniya və Herseqovina yığması hər iki matçda 1:0 hesabı ilə məğlub edildi.
Ronaldonun kölgələri
Portuqaliya yığması 4-3-2-1 sxeminə sadiqliyi ilə seçilir. Lakin hücumçu qıtlığından əziyyət çəkən qırmızılar 4-6-0-la da mübarizə aparmağa vadar olduqlarını unutmamalıdırlar. Bu səbəbdən braziliyalı Lidsonu milliləşdirən qırmızıların iki ön xətt oyunçusu ilə oynaması isə mümkünsüzdür. Çünki yığmaya layiq ikinci hücumçu Keyruş üçün yoxdur. Düzdür, indiyədək yığmada vinger oynayan, lakin “Real”da mərkəz hücumçusu kimi özünü göstərən Kriştianu ön xətdə yer ala bilər. Lakin planetin ən bahalı futbolçusunun hansı mövqedə oynamasından asılı olmayaraq tək qalması portuqaliyalıların şanslarını azaldır. Çünki Ronaldonun kölgəsində qalan 22 komanda yoldaşından heç biri liderinə layiqli dəstək vermək iqtidarında deyil.
Oyunlarının təqvimi
15.06.2010 Kot d’ivuar
21.06.2010 KXDR
25.06.2010 Braziliya
Mundial iştirakçısı və biz
Azərbaycan milli komandası tarixi ərzində 4 dəfə qırmızılarla görüşüb. Avro-2000-nin seçmə mərhələsində Gimaraynş şəhərində biabır olan (0:7) futbolçularımız yarım il keçməmiş toparlanaraq Bakıda Luiş Fiqu və komandasını qələbəyə həsrət qoymuşdular – 1:1. Lakin Avro-2008-də Ronaldo və yoldaşları hər iki matçda qələbə qazanmaq bacarıqlarını göstərdilər – 3:0, 2:0. Daha iki dəfə U-21 (0:2, 0:5), bir dəfə isə U-19 (1:5) portuqaliyalı həmyaşıdlarına uduzub.
Vəli Qasımovun kəşf etdiyi ölkə
Azərbaycan və Portuqaliya futbolları arasında ilk “elçi” Vəli Qasımov olub. 1997/98 mövsümündə “Setubal” klubuna keçən hücumçu iki mövsüm çıxış etdiyi Portuqaliyanın güclülər dəstəsində 41 oyuna 15 qol vurub. Sonradan keçdiyi aşağı dəstə təmsilçisi “İmortal”da 46 qarşılaşmaya 16 qol vurub. Vəlidən əvvəl olmadığı kimi, sonra da “ikinci eşelon” ölkələrinin çempionatlarında oynayan ikinci azərbaycanlı yoxdur. Əvəzində portuqaliyalılar Azərbaycan klublarına gəlməyə başlayıb. Təkcə son mövsüm bu ölkənin iki təmsilçisi Azərbaycanda top qovub. Bunlar “Standard”da çıxış edən Huqo Maçado və “Qəbələ”nin üzvü olan Paulino Tavaresdir.
Apasport.az-ın proqnozu: 1/8 final. Bu da daha çox püşk ilə bağlıdır. Belə ki, Portuqaliya yığması sensasiya edə bilməyib qrupda ikinci olacağı halda 1/8 finalda Avropa çempionları İspaniya ilə üz-üzə gələcək. Qırmızıların qonşularını dayandırması da qrupda braziliyalıları arxada qoyması qədər inandırıcı görünmür.
Vüqar XEYRULLAYEV

0
0