“Aslanlar”, “tülkülər” və “fillər” mundialı
01.06.2010 - 00:31
Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatının başlanmasına çox az vaxt qalıb. Planetin ən mühüm futbol forumunda çıxış edəcək milli komandaların bəzilərinin ləqəblərini araşdırmaq qərarına gəldik, çünki hansı yığmanın nə üçün məhz o adla çağırılmasını bilmək, düşünürük ki, maraqsız olmaz.
Braziliya: Samba kralları
Braziliya yığmasının ləqəbi DÇ-2010-dakı komandaların adları arasında ən orijinal ayamalardan biri sayıla bilər. Bununla belə, komandanın başqa ləqəbləri də var. DÇ-1950 zamanı multiplikator Fernando Pyerruççetti braziliyalıların yığmasını "kanarinyo", yəni "balaca bülbüllər" adlandırmışdı. Braziliya yığmasını "qızıl komanda", "yaşıl-sarılar" və ya sadəcə, "sarılar" da adlandırırlar. Amma ən çox işlənən ləqəb "selesao", yəni "seçilmişdilər"di. DÇ-2002-dən sonra isə komanda beşqat dünya çempionu olduğu üçün "pentakampeon" adlanır ki, yığma da bu addan mümkün qədər tez canını qurtarmağa çalışır.
CAR: Bafana-Bafana
Zulusların digər adı olan “Bafana”nın mənası "oğlanlar"dı. İlk dəfə tribunalarda bu kəlmə 1992-ci ildə, CAR yığmasının Kamerun millisinə qarşı oyununda səslənib.
Avstraliya yığması: Sokkeruz
Komanda 1967-ci ildə Vyetnama yoldaşlıq səfərinə yola düşəndə bu ad yarandı. Avstraliyalı jurnalist Toni Hörsted yığmanı "Sokkeruz" adlandırdı ki, bu kəlmə də "sokker" və "kenquru" sözlərinin birləşməsidir. Avstraliya Futbol Federasiyasının prezidenti Frenk Louinin dediyinə görə, yerli azarkeşlər bu ləqəbi çox sevirlər.
Kamerun: Ram edilməz aslanlar
1972-ci ilin Afrika Millətləri Kubokunun yarımfinalında Kamerun yığması Konqo millisi ilə qarşılaşdı. Kamerunlular 0:1 uduzdular, konqolular da turnirdə qalib gəldilər. Yığmanın nəticəsindən pərişan olmuş ölkə rəhbərliyi 1972-ci ilin oktyabrın 31-də rəsmi fərmanla komandanı "Ram edilməz aslanlar" adlandıraraq, futbolçuların döyüş ruhunu qaldırmağa çalışdı.
Əlcəzair: Səhra tülküləri
1958-ci ildə Fransada oynayan 10 əlcəzairli futbolçu Tunisə yollanaraq, Əlcəzairin Milli Azadlıq Cəbhəsi ilə müqavilə imzaladılar və ölkə yığmasını formalaşdırdılar. FİFA da bildirdi ki, Əlcəzair yığmasına qarşı oynayan istənilən komanda bütün yarışlardan kənarlaşdırılacaq. Amma əlcəzairli futbolçular Fransanı gizlicə tərk edərək vətənə qayıdırdılar. Buna görə də onlara "səhra tülküləri" deyildi.
Kot d’İvuar: Fillər
Yığmanın adı məntiqidir, çünki ölkənin adının fransız dilindən tərcüməsi "Fil Dişi Sahili"di.
Qana yığması: Qara ulduzlar
Bu komandanın daha bir populyar ləqəbi "qara meteorlar"dı. Hər iki ayama komandanın heyətində ulduz futbolçuların oynamaları ilə bağlıdır.
Nigeriya yığması: Super qartallar
Nigeriyanın dövlət gerbində güc, qüdrət və ruh yüksəkliyini simvolizə edən qırmızı qartal var. Komandanın yüngül, atletik, hücuma meylli futbolunu qartal uçuşuna bənzədirlər.
İspaniya yığması: Qara əcinnə
Komandanın ləqəbi futbolkanın və milli bayrağın rəngi ilə bağlıdır. Ötən ilin sonunda FİFA reytinqində dünyanın ən yaxşı yığması sayılmış komanda bu adı qaytarmaq əzmindədir.
Yaponiya yığması: Mavi samuraylar
Maraqlıdır ki, bu ləqəb yalnız Yaponiyada populyardır. Komandanı bosniyalı İvitsa Osim çalışdıranda yığmanı “Osim Japan” çağırırdılar.
Serbiya yığması: Ağ qartallar
Serbiyanın dövlət gerbində ikibaşlı ağ qartal olduğundan komanda da qartal təki qətiyyətli və sürətli davranmaq istədiyini bildirir.
Yunanıstan yığması: Piratiko
AÇ-2004-dən sonra yunanların millisini "pirat gəmisi" adlandırdılar. Səbəb isə çempionat ərəfəsində Yunanıstanın məşhur jurnalisti Georgios Helakisin "Portuqaliyanın donanmasını məhv etmək üçün piratlara dönərək onları əsir almalıyıq" yazması idi.
Danimarka yığması: Olsenin 11 dostu
1980-ci illərdə "Danimarka dinamiti" adlandırılan komanda son vaxtlar məşhur Hollivud filminə parodiya olaraq "Olsenin 11 dostu" adlanır. Bu da komandanın baş məşqçisi Martin Olsenə sayğı ilə bağlıdı.
İtaliya yığması: Skuadra adzurra
Ləqəbin italyan dilindən tərcüməsi "lacivərd komanda" mənasını verir. İtalyanların lacivərd futbolkada oynamaları ölkə vilayətlərini birləşdirən və 1946-cı ilədək İtaliyanı idarə edən Savoyya sülaləsinin rəsmi rəngi ilə bağlıdı.
Sloveniya yığması: Əjdahalar
Sloveniyanın paytaxtı Lyublyanın gerbində şəhəri işğalçılardan qoruyan qanadlı ilan rəsmi var. Şəhərdə də "Əjdaha körpüsü" mövcuddur.
Cənubi Koreya yığması: Teçju döyüşçüləri
Koreya dilində "teçju" varlığın son həddi, hər şeyin əvvəli, İn və Yan qüvvələrinin ərəfəsi deməkdi. Yığmanın digər ləqəbi "Asiya pələngləri"dir.
Almaniya yığması: Bundestim
Almanların millisi intizamlı və kollektiv futbol oynadıqlarına görə mexanizmi xatırladır. Buna görə də Almaniya millisini kollektiv maşın sayırlar.
Mənbə: Ekspressfutbol

0
0