Azərbaycanlı futbolçunun proqnozu: Mundialın 4 favoriti var
01.06.2010 - 12:07
Azərbaycanlı futbolçu Aleksandr Səmədov DÇ-2010-la bağlı proqnozunu bildirib. Apasport.az saytının məlumatına görə, Moskvanın “Dinamo” klubunda oynayan soydaşımız 10 gün sonra CAR-da startı veriləcək mundialda son dünya çempionu İtaliya yığmasına azarkeşlik edəcəyini bildirib.
Səmədov favoritlərini də açıqlayıb: “Mən çoxdandır seçimimi etmişəm. Artıq xeyli vaxtdır İtaliyaya azarkeşlik edirəm. Yadımdadır, italyanlar AÇ-2000-in finalında Fransaya uduzduğu zaman çox üzüldüm. O vaxt belə hisslərlə yaşadım... Niyə məhz İtaliya? Çünki “Milan” ən sevimli klubumdur. O da məhz bu ölkəni təmsil edir. “Milan”a azarkeşlik etdiyim vaxtdan İtaliyaya görə həyəcan keçirirəm. Hərçənd “Skuadra Adzurra”nı favoritlər sırasında saymıram. İtaliya yığması indiki vəziyyətində favorit deyil. Dünya çempionu tituluna kim namizəddir? Argentina, Braziliya, İspaniya, Hollandiya”.
Qeyd edək ki, Rusiya vətəndaşı olan Aleksandrın atası əslən Gəncədəndir.

- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib
0
0