Dünya çempionatının ən bahalı komandası
01.06.2010 - 14:16
Cənubi Afrika Respublikasında iştirak edəcək yığmaların ən qiymətlisi müəyyənləşib. Apasport.az saytının Almaniyanın “Focus” jurnalına istinadən verdiyi məlumatına görə, mundialın ən bahalı milli komandası İspaniyadır. Həmkarlarımızın hesablamalarına əsasən ispanların heyətində yer alan futbolçuların ümumi qiyməti 650 milyon avro təşkil edir. Komandada orta hesabla isə hər oyunçuya 28,26 milyon avro düşür.
Siyahıda ikinci yeri İngiltərə yığması (hər futbolçuya orta hesabla 18,05 milyon avro), üçüncü yeri Fransa millisi (hər futbolçuya orta hesabla 15,98 milyon avro) tutur. Almanlar komandalarındakı oyunçulara hərəsinə orta hesabla 12,32 milyon avro qiymət “qoyublar” və bu da onların 7-ci pillədə qərarlaşması ilə nəticələnib. İlk onluğu Serbiya yığması qapayıb (hər futbolçuya orta hesabla 7,96 milyon avro).
Futbolçular arasında isə dünya çempionatının ən bahalısı Argentina yığmasının “Barselona”lı üzvü Lionel Messidir. “Focus” jurnalı onun transfer məbləğini 80 milyon avro göstərib.

- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0