Rəşad Sadiqovun məyus etdiyi qapıçı Buffonla görüşə gedir
01.06.2010 - 14:42
Rəşad Sadiqovun məyus etdiyi qapıçı Buffonla görüşə gedir
Slovakiya yığmasının baş məşqçisi Vladimir Vayss DÇ-2010-a aparacağı 23 futbolçunun adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis son heyətə qapıçı Luboş Kamenar (“Nant”, Fransa), müdafiəçilər – Lübomir Mixalik (“Lids”, İngiltərə), Tomaş Quboçan (“Zenit”, Rusiya), yarımmüdafiəçilər Miroslav Karhan (“Maynts”, Almaniya), Duşan Şvento (“Zalsburq”, Avstriya), Mario Peçalkanı (“Jilina) daxil etməyib.

Türkiyə Superliqasında oynayan bir sıra futbolçulara dəvət göndərən Vayssın əsas qapıçılarından biri Bakıya gələn Duşan Kuçak olacaq. Belə ki, Kuçak hazırda da çıxış etdiyi Rumıniyanın “Vaslui” klubunun heyətində “Neftçi” ilə 2008-ci ilin yayında İntertoto kuboku oyunlarında iştirak edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş komandamızın 2:1 hesablı qələbəsi nəticələnib. Həmin oyunda Duşan qapısına qolları ukraynalı Oleq Gerasimyukla yığmamızın yarımmüdafiəçisi Rəşad Sadiqov olub. Sadiqov slovakiyalı yığma qapıçısını məyus edib, komandasına qələbə qazandırmışdı.

Qapıçılar: Yan Muxa (“Legiya”, Polşa), Duşan Kuçak (“Vaslui”, Rumıniya), Duşan Perniş (“Dandi Yunayted”, Şotlandiya)

Müdafiəçilər: Peter Pekarik (“Volfsburq”, Almaniya), Martin Petraş (“Çezana”, İtaliya), Martin Şkrtel (“Liverpul”, İngiltərə), Yan Duritsa (“Hannover”, Almaniya), Radoslav Zabavnik (“Maynts”, Almaniya), Marek Çex (“Vest Bromviç”, İngiltərə), Kornel Salkata (“Slovan”)

Yarımmüdafiəçilər: Kamil Kapunek (“Spartak”), Yan Kozak (Timişoara”, Rumıniya), Yuray Kutska (“Sparta”, Çexiya), Marek Sapara (“Ankaragücü”, Türkiyə), Marek Qamşik (“Napoli”, İtaliya), Vladimir Vayss (“Mançester Siti/”Bolton”, İngiltərə), Miroslav Stox (“Çelsi”, İngiltərə/”Tvente”, Hollandiya), Zdeno Ştrba (“Ksanti”, Yunanıstan)

Hücumçular: Erik Yendrişek (“Şalke”, Almaniya), Robert Vittek (“Ankaragücü”, Türkiyə), Filipp Holoşko (“Beşiktaş”, Türkiyə), Stanislav Şestak (“Bohum”, Almaniya)

Qeyd edək ki, Slovakiya DÇ-2010-da F qrupunda İtaliya, Paraqvay və Yeni Zelandiya yığmaları ilə birgə yer alıb.