Cudoçularımız Avropa kubokunda
01.06.2010 - 18:28
Cudoçularımız Avropa kubokunda
İyunun 5-də Avstriyanın Leybnits şəhərində gənclər arasında Avropa kuboku start götürəcək. Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, 2 gün davam edəcək yarışda məşqçilər Fərhad Məmmədov və Azər Şıxəliyevn rəhbərliyi altında 9 cüdoçumuz - Əli Rzayev, Elsəvər Sadıqzadə (hər ikisi 55 kq), Mirzə Əsgərov (60 kq), Seyran Mahmudov (73 kq), Paşa Nəbizadə, Tural Səfquliyev (hər ikisi 81 kq), Şahin Qəhrəmanov (90 kq), Əmirxan-Abbas Marayev (+100 kq) və Xanım Hüseynova (63 kq) qüvvəsini sınayacaqlar.

Avropa kubokunda həmçinin beynəlxalq dərəcəli referimiz Valeh Məhərrəmov ədaləti qoruyacaq.

Qeyd edək ki, yarışlardan sonra komandamız təlim-məşq toplanışına qatıldıqdan sonra vətənə dönəcəklər.