İngiltərə yığması mundiala “Arsenal”sız gedir
02.06.2010 - 09:31
DÇ-2010-da İngiltərə millisinin heyətində Londonun “Arsenal” klubunun futbolçusu olmayacaq. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Fabio Kapello “topçular”ın yeganə təmsilçisi olan hücuma meyli yarımmüdafiəçi Teo Uolkottu son “23-lüyə” daxil etməyib. Bunu mundial üçün son iştirak ərizələrində ən böyük sensasiyalardan sayırlar. Maraqlıdır ki, 21 yaşlı Uolkott ötən həftə Meksika və Yaponiya yığmaları ilə keçirilən yoldaşlıq görüşlərində start heyətində meydana çıxmışdı. Görünür, Kapellonu Teonun fiziki durumu qane etməyib. Futbolçu zədə səbəbindən ötən mövsümün böyük hissəsini buraxdığından, hələ tam hazır deyil. Uolkott baş məşqçinin qərarını təəssüflə qarşılayıb: “Mənim üçün yığmaya düşməmək böyük üzüntüdür. Ancaq Kapellonun qərarına hörmət edirəm. Komandaya uğurlar arzulamaq istəyirəm. Ümid edirəm ki, yığmamız turnirdə uğurla çıxış edəcək”.
Qeyd edək ki, Teo ilə yanaşı, müdafiəçilər Maykl Douson (“Tottenhem”), Leyton Beyns (“Everton”), yarımmüdafiəçilər Adam Conson (“Mançester Siti”), Tom Haddlstoun (“Tottenhem”), Skott Parker (“Vest Hem”) və hücumçu Darren Bent (“Sanderlend”) son heyətə daxil edilməyib. Kapello qasıq nahiyəsində zədədən yenicə bərpa olunan yarımmüdafiəçi Qaret Berrini mundiala aparmağı lazım bilib.
Qapıçılar: Devid Ceyms (“Portsmut”), Robert Qrin (“Vest Hem”), Co Hart (“Mançester Siti”)
Müdafiəçilər: Qlen Conson, Ceyms Karrager (hər ikisi “Liverpul”), Rio Ferdinand (“Mançester Yunayted”), Con Terri, Eşli Koul (hər ikisi “Çelsi”), Matteo Apson (“Vest Hem”), Ledli Kinq (“Tottenhem”), Stefan Uornok (“Aston Villa”)
Yarımmüdafiəçilər: Stiven Cerrard (“Liverpul”), Frenk Lempard, Co Koul (hər ikisi “Çelsi”), Maykl Kerrik (“Mançester Yunayted”), Şon Rayt-Fillips, Qaret Berri (hər ikisi “Mançester Siti”), Ceyms Milner (“Aston Villa”), Aaron Lennon (“Tottenhem”)
Hücumçular: Piter Krauç, Jermen Defo (hər ikisi “Tottenhem”), Ueyn Runi (“Mançester Yunayted”), Emil Heski (“Aton Villa”)

0
0