İtaliya yığmasının sürpriz heyəti
02.06.2010 - 09:40
İtaliya yığmasının DÇ-2010-a açıqlanan 23 nəfərlik heyəti sürprizlərlə yadda qalıb. Apasport.az saytının məlumatına görə, “Skuadra Adzurra”nın baş məşqçisi Marçello Lippi rəhbərliyi altında son dünya çempionu olan müdafiəçi Fabio Qrossonun (“Yuventus”) ardınca Marko Borryello (“Milan”), Cuzeppe Rossi (“Vilyarreal”, İspaniya) kimi iki əsas hücumçunu kənarda qoyub. Bu hücumçular ötən mövsüm daim öz klublarında yer almaqla, məhsuldarlıqları ilə diqqət çəkib. Xüsusilə Borryello “Milan”da inamlı təsir bağışlasa və İtaliya A seriyasının bombardirlərindən olsa da, Lippi bunu mundiala aparılmaq üçün yetərli saymayıb.
Qeyd edək ki, qapıçı Salvatore Siriqu (“Palermo”), müdafiəçi Mattia Kassani (“Palermo”), yarımmüdafiəçilər Antonio Kandreva (“Yuventus”) ilə Andrea Kossu (“Kalyari”) da son heyətdən kənarda qalıb.
Qapıçılar: Canluicci Buffon (“Yuventus”), Morqan De Sanktis (“Napoli”), Federiko Marketti (“Kalyari”)
Müdafiəçilər: Salvatore Bokketti, Domeniko Krişito (hər ikisi “Cenoa”), Leonardo Bonuççi (“Bari”), Fabio Kannavaro, Corcio Kyellini (hər ikisi “Yuventus”), Kristian Maco (“Napoli”), Canluka Zambrotta (“Milan”)
Yarımmüdafiəçilər: Mauro Kamoranezi, Klaudio Markizio (hər ikisi “Yuventus”), Daniel De Rossi (“Roma”), Cennaro Qattuzo, Andrea Pirlo (hər ikisi “Milan”), Rikardo Montolivo (“Fiorentina”), Angelo Palombo (“Sampdoriya”), Simone Pepe (“Udineze”)
Hücumçular: Antonio Di Natale (“Udineze”), Alberto Çilardinyo (“Fiorentina”), Vinçenso Yakvinta (“Yuventus”), Campaolo Patsini (“Sampdoriya”), Fabio Kvalyarella (“Napoli”)

0
0