Vaqif Cavadovun komanda yoldaşı baş məşqçinin qəzəbinə tuş gəldi
02.06.2010 - 10:35
Dünya çempionatının finalında iştirak edəcək Hollandiya millisinin 23-lüyü bəlli olub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Bert van Merveyk adları ilkin heyətə salınan futbolçulardan - Vurnon Anita (“Ayaks”), Ron Flar (“Feyenoord”), Otman Bakkal, Orlando Enqelar (hər ikisi “PSV Eydhoven”), David Mendes da Silva və Cermeyn Lensi (hər ikisi “AZ Alkmar”) final mərhələsinin keçiriləcəyi Cənubi Afrika Respublikasına aparmaqdan imtina edib. Hollandiyalı mütəxəssis həmçinin təlim-məşq toplanışına çağırdığı Vaqif Cavadovun “Tvente”dəki komanda yoldaşı Vut Bramaya da vətəndə qalmağı “məsləhət” görüb.
Yaponiya, Kamerun və Danimarka ilə E qrupunda mübarizə aparacaq “narıncılar” dünya çempionatına aşağıdakı heyətlə yollanacaq.
Qapıçılar: Marten Stekelenburq (“Ayaks”), Sander Boşkar (“Tvente”), Mixel Vorm (“Utrext”)
Müdafiəçilər: Xalid Bularuz (“Ştutqart”, Almaniya), Edson Brafheyd (“Seltik”, Şotlandiya), Covanni van Bronkxorst (“Feyenoord”), Con Heytinqa (“Everton”, İngiltərə), Yoris Mataysen (“Hamburq”, Almaniya), Andre Oyer (“PSV Eydhoven”), Qriqori van der Vil (“Ayaks”)
Yarımmüdafiəçilər: İbrahim Afellay (“PSV Eydhoven”), Mark van Bommel (“Bavariya”, Almaniya), Naycel de Yonq (“Mançester Siti”, İngiltərə), Steyn Sxars (“AZ Alkmar”), Uesli Sneyder (“İnter”, İtaliya), Rafael van der Vaart (“Real”, İspaniya), Demi de Zeuv (“Ayaks”)
Hücümçular: Rayan Babel (“Liverpul”, İngiltərə), Elero Elia (“Hamburq”, Almaniya), Klaas-Yan Huntelar (“Milan”, İtaliya), Dirk Kyut (“Liverpul”, İngiltərə), Robin van Persi (“Arsenal”, İngiltərə), Aryen Pobben (“Bavariya”, Almaniya)

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0