Bakıda ağır zərbə alan futbolçunu Afrikaya aparırlar
02.06.2010 - 11:27
Ötən yay Avroliqanın ikinci təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubu ilə görüşdə ağır məğlubiyyət alan qanalı futbolçu Entoni Annan DÇ-2010-da iştirak edəcək. Apasport.az saytının məlumatına görə, “Qarabağ”la həm Tromse, həm də Bakıdakı oyunda əsas heyətdə yer alan, Tofiq Bəhramov adına Respublika stadionunda sarı vərəqə ilə cəzalanan “Rusenborq”un futbolçusuna Qana yığmasının mundiala aparılan heyətdə yer verilib.
Türkiyənin “Fənərbaxça” klubundan qalmaqalla ayrılan Stefan Appya da son heyətə daxil edilib. Təcrübəli yarımmüdafiəçi uzun müddət zədə üzündən yaşıl meydanda kənarda qalsa da, xoşbəxtlər sırasında yer alıb. Türkiyə Superliqasında uğurlu çıxışı ilə yadda qalan Appyanın “Fənərbaxça” ilə qalmaqalı hətta FİFA səviyyəsində müzakirə olunmuşdu.
Qana yığmasının lideri Mikael Essyen sayılsa da, Londonun “Çelsi” klubunun yarımmüdafiəçisi zədə üzündən mundialdan kənarda qalacaq. Onun yoxluğunda qanalıların lideri Salli Muntari sayılır. Düzdür, Muntari “İnter”də əsas heyətdə möhkəmlənə bilməsə də, hər halda, yığmasında aparıcı futbol sayılır. Üstəlik, Muntari ötən mövsümü üç titulla – İtaliya çempionluğu, ölkə kuboku və Çempionlar Liqasının qalibi kimi başa vurduğundan Cənubi Afrika Respublikasına yüksək əhval-ruhiyyədə yollanır.
Qapıçılar: Riçard Kinqtson (“Uiqan”, İngiltərə), Daniel Aqei (“Liberti Profenşl”), Srefan Axorlu (“Hart of Layons”)
Müdafiəçilər: Con Peyntsil (“Fulhem”, İngiltərə), Con Mensa (“Sanderlend”, İngiltərə), Samuel İnkum (“Bazel”, İsveçrə), Hans Sarpey (“Bayer”, Almaniya), Rəhim Ayyu (“Zamalek”, Misir), Li Eddi (“Behem”), Ayzek Vorsa (“Hoffenhaym”, Almaniya), Conatan Mensa (“Qranada”, İspaniya)
Yarımmüdafiəçilər: Kvadvo Asamoa (“Udineze”, İtaliya), Entoni Annan (“Rusenborq”, Norveç), Salli Muntari (“İnter”, İtaliya), Kevin-Prins Boatenq (“Portsmut”, İngiltərə), Kvinsi Ovusu-Abeyer (“Əl-Sədd”, Qətər), Stefan Appya (“Bolonya”, İtaliya), Andre Ayyu (“Arle Avinyon”, Fransa), Derek Boatenq (“Xetafe”, İspaniya)
Hücumçular: Prins Taqoe (“Hoffenhaym”, Almaniya), Asamoa Qyan (“Renn”, Fransa), Dominik Adaya (“Milan”, İtaliya), Mettyu Amoa (“Breda”, Hollandiya)

0
0