“Qalatasaray”ın futbolçusu mundiala getməkdən imtina edir
02.06.2010 - 16:35
“Qalatasaray” klubunun meksikalı futbolçusu Covanni Dos Santos DÇ-2010-un startına az qalmış qalmaqal yaradıb. Apasport.az saytının məlumatına görə, 21 yaşlı hücumçu kiçik qardaşı Conatanın yığmadan kənarlaşdırılmasına etiraz əlaməti olaraq mundiala getməkdən imtina etmək istəyir.
Bu haqda futbolçuların atası, ötənlərin məşhur braziliyalı futbolçusu Zizinyo bildirib: “Covanni çox üzülüb və indi evdə ailəsi ilə birgə qalmaq istəyir. Onun baş verənlərdən sonra dünya çempionatına gedəcəyini bilmirəm. Conatana gəlincə, o, ümumiyyətlə, yığmadan imtina etmək istəyir. Onun sözlərinə görə, yığmada hədsiz gərgin atmosfer hökm sürür. Fikrimcə, bu, düzgün qərardır”.
Meksika yığmasının futbolçuları “Qalatasaray”ın hücumçusunu tələsik addım atmaqdan çəkindirməyə çalışır. Milinin yarımmüdafiəçisi Herardo Torrado ümid edir ki, Covanni sakitləşərək, düzgün qərar qəbul edəcək: “Məşqçilərin qərarı hamımızı məyus etdi, ancaq biz gələcəyə baxıb irəli getməliyik. Conatanın yerində hər bir futbolçu ola bilərdi. Zizinyonun fikirlərinə gəlincə, bu başadüşüləndir. Onun yerində olan istənilən ata özünü belə aparardı”.
Mundialda ən az yarımmüdafiəçi məhz Meksika yığmasında olacaq. Belə ki, millinin baş məşqçisi Xavyer Aqirre CAR-a cəmi 4 yarımmüdafiəçi aparır. Maraqlısı odur ki, “Barselona” klubunun üzvü olan 20 yaşlı Conatan da məhz yarımmüdafiəçidir. Ötən mövsümü “Qalatasaray”da icarə əsasında keçirən Covanni məhz “Barselona”da çıxışı ilə tanınıb.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0