Heyətini son açıqlayan mundial iştirakçısı: Bizə 2 hücumçu da bəsdir
02.06.2010 - 16:59
Heyətini son açıqlayan mundial iştirakçısı: Bizə 2 hücumçu da bəsdir
Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatında iştirak üçün ən son heyətini açıqlayan Avstraliya yığması olub.

Apasport.az saytının məlumatına görə, hollandiyalı baş məşqçi Pim Verbek həlledici mərhələyə aparacağı heyətə cəmi 3 hücumçu dəvət edib. Maraqlıdır ki, onlardan biri kimi göstərilən Türkiyənin “Qalatasaray” komandasında forma geyinən Harri Kyuell əslində sol cinah yarımmüdafiəçisidir. Yəni Avstraliya yığmasında ampulaca 2 nəfər hücumçu var ki, bu da mundialda təsadüf edilməyən haldır. Onu da nəzərə alaq ki, Kyuell bu ili zədə səbəbindən boşa verib.

Avstraliya yığmasının heyəti:

Qapıçılar:
Adam Federiçi (“Redinq” İngiltərə), Bred Couns (“Middlsbro”, İngiltərə), Mark Şvarçer (“Fulhem” İngiltərə)

Müdafiəçilər: Maykl Boşam (“Əl-Cəzirə”, BƏƏ), Devid Karni (“Tvente”, Hollandiya), Skot Çipperfild (“Bazel”, İsveçrə), Şeyn Louri (“Aston Villa”, İngiltərə), Mark Milliqan (“Cef Yunayted”, Yaponiya), Kreyh Mur (klubsuz), Lukas Nil (“Qalatasaray”, Türkiyə), Luk Uilkşir (“Dinamo”, Rusiya)

Yarımmüdafiəçilər: Mark Breşiano (“Palermo”, İtaliya), Tim Kexill (“Everton”, İngiltərə), Ceyson Kulina (“Qold Koust”), Brett Emerton, Lins Qrella (hər ikisi “Blekbörn”, İngiltərə), Riçard Qarsiya (“Hall Siti”, İngiltərə), Brett Holman (AZ Alkmar, Hollandiya), Mayl Yedinak (“Antalyaspor”, Türkiyə), Karl Valeri (“Sasuolo”, İtaliya)

Hücumçular: Coşua Kennedi (“Naqoya”, Yaponiya), Harri Kyuell (“Qalatasaray”, Türkiyə), Nikita Rukaviça (“Tvente” Hollandiya)

Qeyd edək ki, Avstraliya millisi Qana, Serbiya və Almaniya ilə eyni qrupda yer alıb.