“32”lər: Vidadi Rzayevin ağlar qoyduğu yığma
03.06.2010 - 15:18
Səkkiz gündən sonra dünya çempionatının start fiti veriləcək. Mundialın iştirakçılarını oxucuları ilə tanış edən apasport.az saytı bu dəfə İsveçrə milli komandasını təqdim edir.
Dosye
Federasiya: Schweizerischer Fussballverband; Associazione Svizzera di Football; Association Suisse de Football (İsveçrə Futbol Assosiasiyası)
Federasiya prezidenti: Ralf Zlotsover
Yaranam tarixi: 1895
1904-cü ildən FİFA, 1954-cü ildən UEFA-nın üzvüdür.
Ləqəbi: Schweizer Nati
Rəngləri: qırmızı və ağ
Baş məşqçi: Ottmar Hitsfeld
Tarixinin ilk oyunu: Fransa 0:1 (1905-ci il)
Yığmada ən çox oyun keçirənlər: Hayns Hermann (117), Alan Qayqer (112), Stefan Şapuiza (103)
Yığmada ən çox qol vuranlar: Aleksandr Fray (40), Kubilay Türkyılmaz (34), Maks Abeqqlen III (34)
Məşhur futbolçuları: Paskolo, Knup, Hottinger, Sutter, Şapuiza, Türkyılmaz, M.Yakın, H.Yakın, Hermann, Qayqer, Sfortsa, Tsüberbüler, Fogel, Vikki, Kun, Möller, Senderos, Abeqqlen III
Nailiyyətləri
Ardıcıl ikinci dəfə dünya çempionatının final mərhələsində oynayan isveçrəliləri ümumilikdə 9-cu dəfə mundiala yollanır. Onlar bu yarışlarda ciddi uğur qazana bilməyib. Üç qitə birinciliyində də iştirak edən mərkəzi avropalılar tarixinin ən böyük uğurunu Olimpiya oyunlarında qazanıb. Onlar 86 il əvvəl olimpiadanın gümüş mükafatını qazanıb.
DÇ yolunda
Seçmə mərhələnin 2-ci Avropa qrupunda mübarizə aparan isveçrəlilər İsrail (2:2, 0:0), Lüksemburq (1:2, 3:0), Latviya (2:1, 2:2), Yunanıstan (2:1, 2:0), Moldova (2:0, 2:0) ilə qarşılaşmalı oldular. Yarışa həddən artıq uğursuz başlayan Hitsfeldin yetirmələri İsraildə heç-heçə edib, Lüksemburqla evdəki oyunda biabır oldu. Tarixinin ən acınacaqlı 2 məğlubiyyətindən birini alan isveçrəlilər sonra qazandığı ardıcıl 5 qələbə ilə mövqeyini yaxşılaşdırdı. Son 3 oyunda qazanılan 5 xal isə onlara qrup qalibi kimi CAR-a birbaşa vəsiqə qazandırdı. Komandanın seçmə mərhələdəki ən yaxşı bombardirləri isə hərəyə 5 qol vuran Nkufo və Fraydır. Hollandiyanın “Tvente” klubunun liderlərindən sayılan və Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadovu ehtiyatda oturmağa vadar edən Nkufo seçmə mərhələnin ilk 4 matçını qolsuz tərk etməyib.
Hitsfeldin dəyişməz xətti
Hitsfeld İsveçrə yığmasının baş məşqçisi olan gündən eyni taktikaya sadiqliyi ilə diqqət çəkir. Artıq iki ildir 4-4-2 düzülüşünə əməl edən almaniyalı mütəxəssis ifaçıları tez-tez dəyişməsi ilə seçilir. Kifayət qədər çox futbolçunu sınayan çalışdırıcı cinahları güclü olan kollektiv yarada bilib. Balanslaşdırılmış xətlərə malik yığma həm arxa, həm də ön xətdə böyük potensiala malikdir.
Oyunlarının təqvimi
16.06.2010 İspaniya
21.06.2010 Çili
25.06.2010 Honduras
Mundial iştirakçısı və biz
Qeyd etdiyimiz kimi, İsveçrə yığmasının tarixində iki rüsvayçılıq var ki, onlardan biri Azərbaycan milli komandasının adı ilə bağlıdır. 1996-cı ilin avqustunda ilk dəfə yığmamızla üz-üzə gələn mərkəzi avropalılar DC-1998-in seçmə mərhələsinə Bakıda aldığı şok zərbə ilə başladı – 0:1. Bu, millimizin seçmə mərhələlərdə ilk qələbəsi idi ki, onu da Vidadi Rzayevin qolu qazandırdı. Hətta qonaqlar penalti zərbəsini də vura bilmədi. Sonradan yığmamız üzərindəki 5:0 hesablı qələbə də həmin biabırçılığı unutdurmadı. Həmin matçdan 16 il keçsə də, isveçrəlilər Kazbek Tuayevin baş məşqçisi olduğu komandamızdan aldıqları zərbəni üzüntü ilə xatırlayırlar.
1996-cı ilin payızında AÇ-1997-də çıxış edən U-18 də isveçrəlilərə uduzdu – 0:1. Bundan başqa, avrokuboklarda iki ölkə təmsilçisi - “Bakı” və “Bazel” də qarşılaşıb. Həmin oyunlarda rəqibimiz 3:1 və 5:1 hesabı ilə qalib gəlmişdi. Ölkəmizdə indiyədək isveçrəli futbolçu olmasa yığmamızın üzvü Anatoli Ponomaryov İsveçrənin aşağı dəstəsində çıxış edən Lixtenşteynin “Vaduts” klubunun şərəfini qoruyub.
Apasport.az-ın proqnozu: 1/8 final.
Vüqar XEYRULLAYEV

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0