“32”lər: Yaşasın açıq futbol!
03.06.2010 - 23:01
Dünya çempionatının startına cəmi 7 gün qalıb. CAR-a dünya kubokunu qazanmaq məqsədilə gedənlərin təqdimatını davam etdirən apasport.az saytı oxucularını Çili yığması ilə tanış edir.
Dosye
Federasiya: Federacion de Futbol de Chile (Çili Futbol Federasiyası)
Federasiya prezidenti: Harold Meyn-Nikolls
Yaranma tarixi: 1895
1913-cü ildən FİFA, 1916-cı ildən CONMEBOL-un üzvüdür.
Ləqəbi: La Royya
Rəngləri: qırmızı, göy və ağ
Baş məşqçi: Marselo Byelsa
Tarixinin ilk oyunu: Argentina 1:3 (1910-cu il)
Yığmada ən çox oyun keçirənlər: Lionel Sançes (84), Nelson Tapia (74), Alberto Fuilyo (70)
Yığmada ən çox qol vuranlar: Marselo Salas (37), İvan Samorano (34), Karlos Kasseli (27)
Məşhur oyunçular: Lionel Sançes, Samorano, Salas, Tapia, Kasseli, Ormasabal, Rubio, Estay, Marqas, Migel Ramires, Klarens Akunya
Nailiyyətləri
12 illik fasilədən sonra yenidən mundiala qatılan Çili yığması tarixində 8-ci dəfə planetin ən güclüləri sırasında mübarizə aparacaq. Bu yarışlar ərzində cənubi amerikalıların ən böyük uğuru 48 il əvvələ təsadüf edib. Həmin vaxt Çilidə təşkil olunan yarışda meydan sahibləri bürünc medal qazanmağı bacardılar. Qitə birinciliklərində yarımfinal səddini də adlamağı bacaran qırmızılar 1955, 1956, 1979 və 1987-ci illərdə Cənubi Amerikanın ikinci komandası olub. On il əvvəl Sidneydə keçirilən Olimpiya oyunlarında isə çilililərin qazancı bürünc olub.
DÇ yolunda
Seçmə mərhələdə Cənubi Amerika zonasında mübarizə aparan La Royya qeyri-sabit çıxışı ilə diqqətləri özünə çəkdi. Təkcə Paraqvayla oyunlar buna sübutdur. Öz meydanında rəqibinə 0:3 hesabı ilə uduzan qırmızılar səfərdə 3 xal qazana bildi – 2:0. Bu qeyri-sabitliyə baxmayaraq, Byelsanın yetirmələri Argentina (0:2, 1:0), Peru (2:0, 3:1), Uruqvay (2:2, 0:0), Boliviya (2:0, 4:0), Venesuela (3:2, 2:2), Braziliya (0:3, 2:4), Kolumbiya (4:0, 4:2), Ekvador (0:1, 1:0) millilərinin də mübarizə apardığı qrupda ikinci olmağı bacardı.
Yaşasın açıq futbol
Qırmızılar açıq futbol oynamağa üstünlük verir. Elə bunun nəticəsidir ki, Byelsa daim 3 hücumçu ilə oynayır. Adətən 3-4-3 taktiki sxeminə üstünlük verən çilililər 3 müdafiəçili rəqib qarşısına çıxanda 4-3-3-ə keçirdilər. Hücum futbolu nümayiş etdirmələri iki dəfə öz meydanlarında böyük hesabla uduzmaq bahasına başa gəlsə də, Byelsa üslubu dəyişmədi. Final mərhələsinə çıxan cənubi amerikalılar arasında ən çox qol buraxan da elə La Royyadır.
Oyunlarının təqvimi
16.06.2010 Honduras
21.06.2010 İsveçrə
25.06.2010 İspaniya
Mundial iştirakçısı və biz
Çili nadir ölkələrdən biridir ki, indiyədək nə komandaları, nə də futbolçuları Azərbaycan təmsilçiləri ilə görüşməyiblər.
Apasport.az-ın proqnozu: qrupda III yer.
Vüqar XEYRULLAYEV

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0