Elnur Məmmədli 50-ci yerdə
04.06.2010 - 10:05
Beynəlxalq Cüdo Federasiyası mayda keçirilən yarışların nəticəsinə əsasən yeni reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan idmançılarından ən yaxşı göstərici Elxan Məmmədova (90 kq) məxsusdur.
Ötən ay keçirilən Dünya Kuboklarında gümüşlə kifayətlənən həmyerlimiz 586 xalla öz çəkisində 8-ci yerdədir. 66 kq çəki dərəcəsində 18-ci olan Tərlan Kərimov idmançılarımız arasında reytinqinə görə ikincidir. Ondan sonra Azərbaycan cüdoçularından Elxan Rəcəbli (81 kq, 23-cü yer) yer alıb.
Ötən ay tatamiyə qayıdan və son Dünya Kubokunda qızıl medala sahib olan Olimpiya çempionumuz Elnur Məmmədli yeni çəkisində - 81 kq-da 100 xalla 50-ci pillədədir. Onun kimi Pekin-2008-in bürünc mükafatçısı Mövlud Mirəliyevin (100 kq) də qərarlaşdığı yer ürəkaçan deyil. Dünya kuboklarında medal qazana bilməyən Mirəliyevin aktivində 24 xalı var və 84-cü yeri tutur. Mirəliyevin çəkisində mübarizə aparan Elmar Qasımov isə 190 xalla 27-cidir.
Digər cüdoçularımız ilk “otuz”luğa düşə bilməyiblər.
Qadın idmançıların mübarizəsində qüvvəsini sınayan Kifayət Qasımova (57 kq) 24-cü, Ramilə Yusubova isə (63 kq) 52-cidir.

- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
0
0