Hakimlərin qonorarı artırıldı
04.06.2010 - 10:29
Dünya çempionatının final mərhələsini idarə edəcək hakimlərin qonorarlarının məbləği məlum olub. Apasport.az saytının məlumatına görə, CAR-a yollanan hər hakim mundialdakı iştirakı üçün 30 min dollar alacaq. Bundan başqa, idarə olunan hər qarşılaşma ədalət təmsilçilərinə 45 min qazandıracaq.
Bu isə o deməkdir ki, hakimlərin qonorarları artırılıb. Belə ki, 4 il əvvəl baş tutan dünya çempionatının final mərhələsində iştiraka görə 20, hər oyuna görə isə 40 min qonorar verilirdi.
Qeyd edək ki, mundialda 28 ölkədən 30 hakim iştirak edəcək. Onlar arasında azərbaycanlı ədalət təmsilçisi olmayacaq.

- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib
0
0