Şahin İmranovla Ağası Məmmədov rəsmən Azərbaycan yığmasında!
04.06.2010 - 14:20
Azərbaycan Boks Federasiyasının növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda federasiya rəsmiləri ilə yanaşı, ölkənin ən tanınmış boksçuları da iştirak edib. Gündəlikdə duran əsas məsələ müxtəlif yaş qrupları üzrə yığma komandalarımızın məşqçi korpusuna əlavə və dəyişikliyin edilməsi olub. Müəyyən müzakirələrdən sonra federasiya qərarını verib.
Belə ki, boks üzrə Avropa və dünya çempionu, Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Ağası Məmmədov Azərbaycanın əsas yığma komandasının məşqçi postuna təyin edilib. O, milli komandanı yarışlara hazırlamaqda kubalı mütəxəssislərə kömək edəcək. Veteran idmançı artıq səlahiyyətlərinin icrasına başlayıb.
Avropa və dünya çempionatının mükafatçısı, Pekin Yay Olimpiya Oyunlarının bürünc medalçısı Şahin İmranov gənclərdən ibarət Azərbaycan yığmasının böyük məşqçisi vəzifəsini tutub.
Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abıyevin qardaşı oğlu Ceyhun Abıyevə isə yeniyetmələrdən ibarət yığma komanda tapşırılıb. Şahin və Ağasıdan fərqli, Ceyhunun beynəlxalq arenada ciddi uğuru yoxdur.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0